Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    Cüdoçularımız üçün gözəl şans: Dünya çempionatının vaxtı dəyişdirildi
    23.04.2026 09:26:22

    Beynəlxalq Cüdo Federasiyası (IJF) gənclər arasında bu il keçiriləcək dünya çempionatının yerini dəyişib.

    Prosport.Az xəbər verir ki, 22-25 oktyabr tarixlərində İordaniyanın paytaxtı Əmmanda keçirilməli olan dünya çempionatı Yaxın Şərqdəki vəziyyətə görə təxirə salınıb.

    Açıqlamada deyilir: "Bu qərar daha geniş regionda dəyişən vəziyyət nəzərə alınmaqla verilib. Hazırlıqlar müsbət və əməkdaşlıq ruhunda irəliləsə də, beynəlxalq səyahətlərə, logistikaya və ümumi tədbir şəraitinə təsir edən mövcud qeyri-müəyyənliklər IJF-ni təxirə salınmanın hazırda ən uyğun addım olduğu qənaətinə gəlməyə vadar edib.

    İdmançıların, rəsmilərin və bütün maraqlı tərəflərin təhlükəsizliyi və rifahı federasiyanın ən yüksək prioriteti olaraq qalır. Tədbirlərin təhlükəsiz, əlçatan və sabit bir mühitdə keçirilməsinin təmin edilməsi beynəlxalq cüdo yarışlarının bütövlüyünü və standartlarını qorumaq üçün vacibdir".

    Gənclər arasında dünya çempionatının yeni məkanı isə Özbəkistanın paytaxtı Daşkənd olacaq. Yeni tarix də bəllidir. Dünya çempionatı 19-22 noyabrda keçiriləcək.

    Bu isə o deməkdir ki, perspektivli gənc cüdoçularımız 4-11 oktyabrda Bakıda keçiriləcək böyüklərin dünya çempionatında da çıxış edə bilər. Əvvəl həm gənclərin, həm də böyüklərin dünya çempionatı eyni ayda olduğundan, bu mümkünsüz idi. Bunu Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu saytımıza müsahibəsində bu formada bildirmişdi: 

    "Gənclər komandasının əsas hədəfi oktyabrda İordaniyanın paytaxtı Ammanda keçiriləcək dünya çempionatıdır. Böyüklər arasında dünya çempionatı ilə gənclərinki arasında təxminən 2 həftə fərq var. Ona görə də eyni idmançının həm böyüklərdə, həm də gənclərdə eyni vaxtda çıxış etməsi mümkün deyil".

    Səbuhi Musa
     

    Cüdo

    Cüdo federasiyası kəmər dərəcələri imtahanı keçirəcək

    18.11.2026 20:18:44
    Cüdo

    "1 qızıl və 1 bürünc medal super nəticədir" - Fərhad Rəcəbli

    18.11.2026 17:13:52
    Cüdo

    Dünya çempionatı: Cüdoçularımızın ilk rəqibləri bilindi

    18.11.2026 15:16:34
    Cüdo

    Cüdoçumuz dünya çempionatına lider kimi qatılacaq

    17.11.2026 22:17:25
    Cüdo

    Cüdo federasiyasının rəhbərliyi dünya çempionatına yollanacaq cüdoçularla görüşüb

    16.11.2026 19:39:09
    Cüdo

    "Oğluma demişəm ki, mən etdiyim səhvləri sən etmə" – Ömər Rəcəblinin atası

    16.11.2026 09:40:05
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Avropa Kuboku: Təmsilçimiz Slovakiya klubuna uduzdu

    18.11.2026 21:17:00

    Mikels "Sabah"ı bu şərtlə tərk edəcək - Xanımı açıqladı

    18.11.2026 20:50:08

    Cüdo federasiyası kəmər dərəcələri imtahanı keçirəcək

    18.11.2026 20:18:44

    Daha bir boksçumuz 1/4 finalda

    18.11.2026 19:47:37

    II Liqanın oyunu təxirə düşdü

    18.11.2026 19:06:49

    Yığmalarımız Türkiyə və Almaniya ilə eyni qruplarda

    18.11.2026 18:52:44

    "Qarabağ" və "Zirə"nin legionerləri qələbəyə sevindilər

    18.11.2026 18:15:45

    Mahir Emreli Millətlər Liqasının rəmzi komandasında - FOTO

    18.11.2026 17:44:24

    "1 qızıl və 1 bürünc medal super nəticədir" - Fərhad Rəcəbli

    18.11.2026 17:13:52

    "Sabah"a 3 qol vuran futbolçu klubundan ayrıldı

    18.11.2026 16:49:38

    "Qarabağ"ın qapıçısı oynadı, komandası qələbə qazandı

    18.11.2026 16:18:28

    "Sumqayıt"ın kapitanı millinin oyununda cəzalandı

    18.11.2026 15:52:26

    Dünya çempionatı: Cüdoçularımızın ilk rəqibləri bilindi

    18.11.2026 15:16:34

    Tacikistanlı qapıçı Tovuza məyus qayıdır

    18.11.2026 14:47:08

    Millimiz FIFA reytinqində 3 pillə irəlilədi

    18.11.2026 14:13:45
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved