Belarusun paytaxtı Minskdə təşkil olunacaq II Müstəqil Dövlətlər Birliyi (MDB) oyunlarında iştirak edəcək 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin rəqibləri və görüşlərin təqvimi müəyyənləşib.
Prosport.Az xəbər verir ki, U-19 yığmamız Rusiya, Belarus, Özbəkistan və Qırğızıstandan olan yaşıdları ilə qarşılaşacaq.
7 avqust
20:30 Azərbaycan – Belarus
8 avqust
17:30 Qırğızıstan – Azərbaycan
9 avqust
17:30 Azərbaycan – Özbəkistan
11 avqust
17:30 Rusiya – Azərbaycan
Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.
