UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində iştirak edəcək “Araz-Naxçıvan”ın səfərdə keçirəcəyi oyunun məkanı və başlanma saatı müəyyənləşib.
Prosport.Az xəbər verir ki, təmsilçimiz dekabrın 5-də “Benfika” ilə Lissabondakı “Pavilhao Fidelidade Arena"da üz-üzə gələcək.
Görüşün start fiti Bakı vaxtı ilə saat 21:30-da veriləcək. Arena 2400 azarkeş tutumuna malikdir.
Qeyd edək ki, bu komandalar arasında ilk qarşılaşma noyabrın 24-də, saat 20:00-da, Bakı İdman Sarayında keçiriləcək.
