Azərbaycanın futzal millisi Avropa çempionatının əsas mərhələsində keçirdiyi son oyununda Xorvatiyaya məğlub olub.
Prosport.Az xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu kollektiv Bakı İdman Sarayında baş tutan görüşdə rəqibinə 1:4 hesabı ilə uduzub.
Yığmanın yeganə qolunu Oktay Rüstəmli (22) vurub. Rəqibdən David Mataya (2 qol), Yosip Yurlina və Nikola Qudasiç fərqlənib.
Qeyd edək ki, millinin yer aldığı 5-ci qrupu Xorvatiya 18 xalla lider tamamlayıb. Yunanıstan 7 xalla 2-ci, eyni xala malik İsveç 3-cü, Azərbaycan 2 xalla sonuncu olub.


.jpeg)