Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Futzal
    "Bunlar bizə yaxşı mənada dərs oldu" – Millimizin bombardiri
    1.04.2025 13:44:57

    “Bizim üçün maraqlı turnir oldu. Rəqiblərimiz də Avropada seçilən komandalar idi”.

    Prosport.Az xəbər verir ki, bunu Azərbaycan U-19 millisinin futzalçısı Ədalət Ələkbərov deyib.

    Avropa çempionatının əsas seçmə mərhələsində yığmamızın 5 qolundan 3-nə imza atan hücumçu yarışla bağlı fikirlərini bölüşüb: “Çalışdıq oyunlara tam motivasiya, məsuliyyətlə çıxaq. Ancaq təcrübəsizlik sözünü dedi. İlk oyuna çox uğursuz start verdik. Halbuki Bosniya və Herseqovinaya həmin hesabla uduzmağa layiq deyildik. Əvəzində toparlandıq, ertəsi gün qrupun əsas favoriti hesab edilən Xorvatiyaya qarşı daha yaxşı oynadıq. Görüş heç-heçə başa çatsa da, qələbə qazana bilərdik. Bəlkə də Bosniya və Herseqovinaya qarşı da belə mübarizə aparsaydıq, meydanı xalla tərk edə bilərdik. Görünür turnirin həyəcanı, erkən qol buraxmağımız fərqin böyüməsinə səbəb oldu. Son görüşümüz qardaş Türkiyə yığmasına qarşı oldu. Bu matç da kifayət qədər gərgin keçdi. Uduzsaq da, rəqib 3 xalı çətinliklə qazandı. Qrupun sürpriz komandası idi. Türkiyə ilə oyunda qaçırdığım epizodları düzgün dəyərləndirə bilsəydim, qələbə qazanardıq”.

    Ələkbərov turnirin yığmaya faydalı olduğunu qeyd edib: “Yenə deyirəm, bu turnir bizə böyük təcrübə qazandırdı. Oyunlar göstərdi ki, istənilən rəqiblə oynamaq və yaxşı nəticə qazanmaq mümkündür. U-19-un ümumi çıxışı barədə danışsaq, ilkin mərhələdən başladıq. San Marinoda təşkil olunan qrup oyunlarında Kosovo favorit göstərilirdi. Ancaq biz onlara qalib gəlməklə əsas mərhələyə doğrü iri addım atmış olduq. Təəssüf ki, bu görüşdəki nəticə San Marino önünə bir qədər arxayın çıxmağımıza səbəb oldu. Hər şeyə rəğmən, ilk dəfə mərhələ adladıq, əsas mərhələdə isə ilk xalımızı qazandıq. Yaxşı tərəfdən də seçilə bilərdik, sadəcə, ilk matçdakı həyəcan, oyuna tam köklənə bilməməyimiz mane oldu. Təbii ki, bunlar bizə yaxşı mənada dərs oldu. İndi çalışmalıyıq ki, özümüzü inkişaf etdirək, gələcəkdə əsas millinin heyətinə cəlb olunaq”.

    Qeyd edək ki, millimiz 3 oyunda 1 xal toplayaraq 4 komandalı qrupda sonuncu yeri tutub.

    Futzal

    Millimiz seçmə mərhələdə mübarizəyə başlayır

    16.10.2026 10:23:07
    Futbol

    Millimiz ilk dəfə Lənkəranda rəsmi oyun keçirəcək

    15.10.2026 12:41:42
    Futzal

    Millimizin oyunu ingiltərəli hakimə tapşırıldı

    14.10.2026 14:45:45
    Futzal

    Millimizə 14 oyunçu çağırıldı - ADLAR

    14.10.2026 12:49:24
    Futzal

    Millimiz Ukrayna, Xorvatiya və Yunanıstanla eyni qrupda

    2.10.2026 21:15:24
    Futzal

    Azərbaycanlı hakim-inspektor Fransa millisinin oyununda

    2.10.2026 11:15:06
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Çox fərqli bir komanda görəcəksiniz" - "Sumqayıt"ın türkiyəli baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "Bəhanə gətirmək və ya ağlamaq fikrim yoxdur" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Bu çətin mərhələni də geridə qoyacağıq" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41

    "İmişli" "Turan Tovuz"u əliboş göndərdi - VİDEO

    18.10.2026 17:06:12

    Naxçıvan klubu avrokubokda çıxış edən komandanı məğlub etdi

    18.10.2026 17:05:13
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved