İngiltərənin “Tottenhem” klubu Argentina millisinin müdafiəçisi Kristian Romeronu “Arsenal”a satmaqdan imtina edib.
Prosport.Az xəbər verir ki, “The Sun”ın məlumatına görə, 28 yaşlı futbolçu prinsipial rəqibə keçməyə qarşı deyil. Lakin “Tottenhem” rəhbərliyi Romeronun “Arsenal”a transferinə qəti şəkildə razılıq verməyib.
Müdafiəçinin xidmətində İspaniyanın “Atletiko” klubu da maraqlıdır. Madrid təmsilçisinin argentinalı futbolçu üçün 40 milyon avro təklif etdiyi bildirilir.
Qeyd edək ki, Romero 2022-ci ildən “Tottenhem”də çıxış edir. Onun London klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
Argentina millisinin üzvü 2025/2026 mövsümündə “Tottenhem”in heyətində 32 oyuna çıxıb, 6 qol vurub və 4 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı onun bazar dəyərini 45 milyon avro qiymətləndirir.
