ABŞ-nin “İnter Mayami” klubu Braziliyanın “Santos” komandasının hücumçusu Neymarı transfer etmək istəyir.
Prosport.Az xəbər verir ki, “Liberta Depre”nin məlumatına görə, 34 yaşlı futbolçunun 2027-ci ilin yanvarından ABŞ təmsilçisinin formasını geyinməsi real görünür.
Məlumata əsasən, Neymar karyerasını Şimali Amerika klubunda davam etdirə və futbolçu kimi son illərini burada keçirə bilər.
Qeyd edək ki, Neymar 2026-cı ildə “Santos”un heyətində keçirdiyi 19 oyunda 8 qol vurub və 5 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalı braziliyalı futbolçunun bazar dəyərini 8 milyon avro qiymətləndirir. Neymarın “Santos”la müqaviləsi 2026-cı il dekabrın 31-dək qüvvədədir.
