Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) idmançıları 2025-ci ildə ümumilikdə 290 medal qazanıb.
Prosport.Az xəbər verir ki, medalların 111-i (63 qızıl, 30 gümüş, 18 bürünc) beynəlxalq, 179-u (55 qızıl, 51 gümüş, 73 bürünc) ölkədaxili yarışlarda əldə edilib.
Bu medalların 88-i (25-27-36) sərbəst güləşdə, 58-i (15-19-24) yunan-Roma güləşində, 52-si (38-9-5) bədii gimnastikada, 36-sı (19-9-8) boksda, 18-i (11-3-4) cüdoda, 15-i (6-4-5) karatedə, 12-si (3-5-4) samboda, 5-i (3 gümüş, 2 bürünc) şahmatda, 3-ü (2 gümüş, 1 bürünc) taekvondoda, 3-ü (1 qızıl, 2 bürünc) isə damada qazanılıb.
Əldə olunan nəticələr idmançıların yüksək hazırlıq səviyyəsi ilə yanaşı, AHİİTA tərəfindən yaradılan müasir idman infrastrukturunun mühüm rolunu bir daha təsdiqləyir.
2025-ci il ərzində AHİİTA-nın idman zalı müasir standartlara uyğun şəkildə yenilənib, infrastruktur təkmilləşdirilib və idmançılar müasir idman avadanlıqları ilə tam təmin olunub. Bu addımlar idmançıların məşq və yarışlara hazırlıq prosesinin daha səmərəli təşkilinə imkan yaradıb.
