Sərbəst güləşçi Amir Reza Masumi 2027-ci ildən beynəlxalq arenada Azərbaycanı təmsil edəcək.
Prosport.Az xəbər verir ki, 20 yaşlı güləşçi yığmamızda çıxış etməyə razılıq verib.
Dünyanın ən perspektivli super ağır çəkili güləşçilərindən hesab edilən Masuminin Azərbaycan Güləş Federasiyası ilə danışıqlar müsbət nəticələnib.
O, gənc olmasına baxmayaraq, kifayət qədər uğurlu güləşçidir, müxtəlif yaş qruplarında (U17, U20 və U23) 6 dəfə dünya çempionu olub. O, 2025-ci ildə Zaqrebdə keçirilən beynəlxalq turnirdə rəqiblərinə xal vermədən qələbə qazanıb – 42:0.
Masumi bu il Asiya Güləş Çempionatında da qızıl medal qazanıb. Güləşçi bir müddət verdiyi açıqlamada 2028-ci ildə keçiriləcək Los Anceles Olimpiadaslnda “qızıl” hədəflədiyini bildirib. Masumi olimpiadada Azərbaycan adına çıxış edəcək.
Varzesh3.com saytı müqavilənin detalları ilə bağlı maraqlı informasiyalar əldə edib. Azərbaycan Güləş Federasiyası güləşçiyə bu müqaviləyə görə ayda 22.000 dollar ödəyəcək.
