Azərbaycanın gənc qız cüdoçuları 25 ildən sonra rekordu təkrarlayıb.
Prosport.Az xəbər verir ki, Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) buna Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında qızıl medal qazanmaqla nail olub.
Qızlardan ibarət yığma daha öncə 1999-cu ildə 2 qızıl mükafata sahib çıxıb.
Qeyd edək ki, ötən gün oğlanlardan Nizami İmranov (60 kq) gümüş medal əldə edib. İlk yarış günündən sonra Azərbaycan həm qızların sıralamasında, həm də ümumi komanda hesabında 39 ölkə arasında ilk pillədə qərarlaşıb.