Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Deflimpiya Komitəsi və Atıcılıq Federasiyası əməkdaşlığa başlayıb – FOTOLAR
    26.08.2024 14:36:44

    Azərbaycan Deflimpiya Komitəsi (ADK) və Atıcılıq Federasiyası (AAF) arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

    Prosport.Az xəbər verir ki, imzalanma mərasimində komitədən baş katib Namiq Novruzov, İdarə Heyətinin üzvü Sahib Gülməmmədov və İdman şöbəsinin mütəxəssisi Asxab Kalayev, federasiyadan isə vitse-prezident Zemfira Meftahətdinova, vitse-prezident Tofiq Bəylərov, baş katib Emin Cəfərov və baş məşqçi İradə Aşumova iştirak edib.

    N.Novruzov çıxışında beynəlxalq deflimpiya hərəkatı və Beynəlxalq Karlar İdman Komitəsi barədə ümumi məlumatı təqdim edib. Eyni zamanda, eşitmə məhdudiyyətli şəxslərin idmana cəlb olunmasının kütləviliyinin təmin edilməsinin, onların idman vasitəsi ilə sosial həyata inteqrasiya etmələrinin dəstəklənməsi istiqamətində görülən işlər və planlar barədə məlumat verərək Atıcılıq Federasiyası ilə də qarşılıqlı əməkdaşlığın gələcəkdə yeni uğurların təməlini qoyacağına inandığını bildirib.

    Z.Meftahətdinova bildirib ki, tərəflər arasında əməkdaşlıq inklüziv idmanın inkişafı istiqamətində mühüm addımdır. Həmçinin imzalanan memorandumun mövcud əməkdaşlığın genişləndirilməsinə, idman əlaqələrinin bundan sonra daha da inkişaf etdirilməsinə əlavə imkanlar açacağını vurğulayıb. Daha sonra baş katib Emin Cəfərov federasiya tərəfindən eşitmə məhdudiyyətli şəxslərin atıcılığın hər iki növünə cəlb edilməsi, Bakı Atıcılıq Mərkəzində keçirilən təlim-məşqlərdə, bir çox aktiv fəaliyyətlərdə iştirak etməsi, peşəkar müəllimlər tərəfindən xüsusi dərslərin keçirilməsi və onların yarışlara hazırlığı zamanı lazım olan avadanlıqların, infrastrukturların təmin edilməsi üçün hər cür şəraitin yaradılacağını söyləyib. Federasiyanın vitse-prezidenti Tofiq Bəylərov isə birgə əməkdaşlıq çərçivəsində atıcılıq idman növünə marağı və bacarığı olan eşitmə məhdudiyyətli şəxslərin cəlb edilməsi məqsədilə müxtəlif məktəb və tədris mərkəzlərində infosessiyalar, məlumatlandırma kampaniyalarının təşkil ediləcəyini diqqətə çatdırıb.

    Memoranduma əsasən, hər iki qurum ölkədə deflimpiya hərəkatının inkişafı, eşitmə məhdudiyyətli şəxslərin idmana cəlb edilməsi və bu istiqamətdə inkişafın təmin edilməsi üçün birgə təkliflərin işlənib hazırlanması, görüşlərin, layihələrin, maarifləndirici işlərin həyata keçirilməsi kimi sahələrdə qarşılıqlı fəaliyyət göstərəcək.

    Digər idman növləri

    Jurnalistlər arasında ilk dəfə oxatma yarışı keçirilib - FOTOLAR

    21.07.2026 20:06:11
    Digər idman növləri

    "Neftçi" MPK ilə əməkdaşlığa başlayır - FOTOLAR

    21.07.2026 19:51:34
    Digər idman növləri

    Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər - ADLAR

    20.07.2026 12:15:07
    Digər idman növləri

    Millimizün üzvü Avropa üçüncüsü oldu – FOTOLAR

    19.07.2026 23:08:47
    Stolüstü oyunlar

    Vüqar Həşimovun qardaşı Avropa Şahmat İttifaqının vitse-prezidenti seçildi

    18.07.2026 17:00:11
    Digər idman növləri

    Federasiya nümayəndələri arasında maraqlı yarış: Ən böyük balığı kim tutdu? - FOTOLAR

    17.07.2026 17:07:22
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    İTV növbəti dünya çempionatını da yayımlayacaq

    21.07.2026 23:16:10

    "Beynim hazırda KuPS-a fokuslanıb" – Valdas Dambrauskas

    21.07.2026 22:50:23

    "Bu 2 faktor üstünlüyümüz ola bilər" – KuPS-un baş məşqçisi

    21.07.2026 22:22:32

    "Sabah" Finlandiya klubuna ilk oyunda qalib gəldi

    21.07.2026 21:58:40

    "Qarabağ"ın rəqibi Bakıda azarkeşsiz qalacaq

    21.07.2026 21:17:02

    "Oyundan əvvəl şanslar həmişə bərabər olur" "Dinamo"nun baş məşqçisi

    21.07.2026 20:41:10

    Ermənistan millisi Bakıya gəlir

    21.07.2026 20:22:08

    Jurnalistlər arasında ilk dəfə oxatma yarışı keçirilib - FOTOLAR

    21.07.2026 20:06:11

    "Neftçi" MPK ilə əməkdaşlığa başlayır - FOTOLAR

    21.07.2026 19:51:34

    BATE yeni transferini İçərişəhərdə təqdim etdi

    21.07.2026 19:13:40

    "Sabah" - KuPS: HEYƏTLƏR

    21.07.2026 18:51:42

    Azərbaycanda bu stadionun ot örtüyü yenilənir

    21.07.2026 18:12:30

    Azərbaycan yığmasının üzvü Tovuz klubuna keçdi

    21.07.2026 17:48:42

    Millimiz seçmə mərhələyə Çexiya səfərində start verəcək

    21.07.2026 17:12:02

    "Göztəpə"nin sabiq futbolçusu "Zirə"də

    21.07.2026 16:46:17
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved