Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Yaylagül Ramazanova ölkə çempionu oldu – FOTOLAR
    26.08.2024 09:21:34

    Kamandan oxatma üzrə ölkə birinciliyi və çempionatına yekun vurulub.

    Prosport.Az xəbər verir ki, Azərbaycanın 50-dən çox idmançının qoşulduğu mübarizədə üç kateqoriya üzrə mükafatçılar müəyyən edilib.

    Böyüklər arasında qadın oxatanların yarışında (70 metr) olimpiya təmsilçimiz Yaylagül Ramazanova qızıl, gənc və perspektivli Fatimə Hüseynli gümüş, Svetlana Simonova isə bürünc medala yiyələnib. Bu kateqoriya üzrə yarışan kişi idmançılar arasında qızıl medalı Məhəmmədəli Əliyev, gümüşü Roman Venqerov, bürünc medalı isə Əhməd Hüseynov qazanıb.

    60 metrlik hədəfi nişan alan gənc qızların mübarizəsində 1-ci, 2-ci, 3-cü yerləri müvafiq olaraq Amina Şərif, Lalə Almasova və Zəhra Carçılı bölüşüb. Eyni kateqoriyada gənc oğlanların sıralanması aşağıdakı kimi nəticələnib: İslam İsmayılov – qızıl, Sərdar Vəliyev – gümüş və Nurlan Rəhimli – bürünc medal.

    Qız yeniyetmələrin (30 metr) yarışında birinciliyi Leyla Əfəndiyeva qazanıb. Sona Rüstəmli və Fatimə Nəbiyeva isə müvafiq olaraq 2-ci və 3-cü yerlə kifayətlənməli olub. Nəhayət, oğlan yeniyetmələr arasında baş tutan yarışları Məhəmməd İsmayılov qızıl, Hüseyn Məhərrəmov gümüş, Nicat Nəbiyev isə bürünc medalla başa vurub.

    Çempionat qaliblərin mükafatlandırılması ilə başa çatıb. Azərbaycan Kamandan Oxatma Federasiyasının prezidenti Anar Quliyev, federasiyanın vitse-prezidenti Rauf Əliyev, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədov, Su İdmanı Sarayının direktoru Zaur Yaqubov və bodibildinq üzrə dünya çempionatının üçqat mükafatçısı Emin Babayev idmançıları medallarla təltif edib.

    Anar Quliyev tədbirdən sonra yarışlarda əzmlə mübarizə aparan idmançılarla həmsöhbət olaraq onlara karyeralarında daha böyük uğurlar arzulayıb.

    Digər idman növləri

    "Azərbaycan Paralimpiya Hərəkatının inkişafında mühüm nümunədir" - Endrü Parson

    19.10.2026 16:10:30
    Digər idman növləri

    Yığmamız Avropa birinciliyini 9 medalla tamamladı

    19.10.2026 15:36:35
    Digər idman növləri

    2 idmançımız zədələndi, millimiz yarımfinal görüşünə çıxa bilmədi

    19.10.2026 10:26:41
    Digər idman növləri

    Millimiz Polşada toplanış keçəcək

    18.10.2026 16:04:47
    Digər idman növləri

    Azərbaycan çempionatında mövsümə yekun vuruldu

    17.10.2026 19:11:16
    Digər idman növləri

    Bakıdakı dünya çempionatında həvəskar sumo qaydaları əsas götürüləcək

    17.10.2026 16:03:30
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Yığmamız dünya çempionatını ilk "10-luq"da başa vurdu

    19.10.2026 16:53:58

    "Azərbaycan Paralimpiya Hərəkatının inkişafında mühüm nümunədir" - Endrü Parson

    19.10.2026 16:10:30

    Yığmamız Avropa birinciliyini 9 medalla tamamladı

    19.10.2026 15:36:35

    Mahir Emreli yenə baş məşqçisiz qaldı

    19.10.2026 15:13:27

    "Gözləntilərimizi doğrultmayan məşqçilərlə yollarımızı ayıracağıq" - "Qarabağ"ın baş direktoru

    19.10.2026 14:35:29

    Sabiq "Qarabağ"lıdan 1 qol, 2 assist - VİDEO

    19.10.2026 14:17:00

    Asif Məmmədov son 18 mövsümün rekordunu yenilədi

    19.10.2026 13:42:22

    "Məqsədimiz təkcə futbolçu yetişdirmək deyil" - Əmrah Çəlikəl

    19.10.2026 13:19:04

    "Borussiya" Bakıya bu futbolçularla gəlir - ADLAR

    19.10.2026 12:43:08

    "Sabah"da Bundesliqanın bəzi futbolçularından daha çox qazanıram" - Coy-Lens Mikels

    19.10.2026 12:25:51

    "Turan Tovuz" 50-ci dəfə uduzdu

    19.10.2026 11:45:11

    Aleksey Kaşşuk yenidən yığma məşqçilərinin diqqət mərkəzində

    19.10.2026 11:08:30

    Premyer Liqada mövsümün tamaşaçı rekordu qeydə alındı

    19.10.2026 10:49:36

    2 idmançımız zədələndi, millimiz yarımfinal görüşünə çıxa bilmədi

    19.10.2026 10:26:41

    "Sabah”la görüşdə eyni səhvləri təkrarlamamalıyıq" - "Borussiya"nın idman direktoru

    19.10.2026 10:00:14
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved