"CBC Sport" telekanalı ofisini dəyişib.
Prosport.Az-ın xəbərinə görə, telekanal Bakı Olimpiya Stadionundan (BOS) paytaxtın "Ağ şəhər" adlanan hissəsində açılmış "City Park Mall"un yaxınlığında 2 mərtəbəli binaya köçüb.
Həmin binanın 2-ci mərtəbəsi məhz "CBC Sport" üçün fəaliyyət göstərir. Artıq bu həftədən etibarən telekanal izləyicilərinin qarşısına yeni studiyadan çıxır.
Dəyişikliyin səbəbi isə Bakıda noyabrda keçiriləcək COP-29 tədbiridir. Artıq indidən BOS tədricən bağlandığından, telekanal birdəfəlik məkanını dəyişmək qərarına gəlib.
Qeyd edək ki, 2015-ci ildən fəaliyyət göstərən "CBC Sport" açıldığı gündən SOCAR-ın balansında olan BOS-da fəaliyyət göstərirdi.
