Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    "Kazbek Tuayevin yerinə mənim qohumlarımın da adı çəkilə bilər" – Fərid Qayıbov
    12.06.2023 17:02:46

    Gənclər və idman naziri Fərid Qayıbov Şuşada keçirilən 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının mərhələ yarışını izləyib.

    İlk görüşlərdən sonra Fərid Qayıbov jurnalistlər üçün keçirdiyi brifinqdə bəzi məsələlərə aydınlıq gətirib. Prosport.Az-ın Şuşaya ezam olunmuş əməkdaşı həmin brifinqi təqdim edir:

    – Əvvəl Astarada basketbol yarışı təşkil olundu, indi isə Şuşada mərhələ yarışı keçirilir. Şuşadakı yarış barədə nə deyə bilərsiniz?
    – Şuşada növbəti dəfə beynəlxalq yarış təşkil olunduğu üçün sevinirik. Yenidən Şuşadayıq və burada beynəlxalq tədbir keçiririk. Ötən il bir neçə tədbir baş tutdu. Dünən burada velosiped yarışlarını izlədik. Həmin turnir bitər-bitməz hava şəraiti dəyişdi. Yağış yağdı, külək əsdi və dolu düşdü. Şükür etdik ki, veloyarış başa çatdıqdan sonra bunlar baş verdi. Bütün bunlar 10 dəqiqə tez olsaydı, yarışı tez dayandırmaq məcburiyyətində qalacaqdıq. Amma hər şey yaxşı alındı. Burada küləkdən sonra əsas meydançada müəyyən problemlər oldu. Federasiya əməkdaşlarına təşəkkür edirəm ki, bu yarışın baş tutması üçün əllərindən gələni etdilər. Çox sevinirik ki, Şuşada şahmat və velosipeddən sonra basketbol yarışı da keçirilir.

    – İxtisaslaşdırılmış Uşaq-Gənclər Olimpiya Ehtiyatları Futbol Məktəbinin direktoru Kazbek Tuayev işdən çıxarıldı. Onun yerinə təyinat oldumu?
    – Təbii ki, hər bir yerə namizəd olduğu kimi onun yerinə də namizəd var və bu, yaxınlarda açıqlanacaq.

    – Bəlkə eksklüziv olaraq həmin namizədin adını açıqlayasınız.
    – Müəyyən prosedurlar var. Həmin prosedurlardan sonra onun adını rəsmi şəkildə açıqlayacağıq.

    – Demək olarmı ki, bu, Kamen Vasilyevdir (hazırda "Zirə"də çalışan bolqarıstanlı mütəxəssis – S.M.) və ya yerli məşqçidir?
    – Dediyim kimi, müəyyən prosedurlar var. Gələn həftə həmin adamın adını açıqlayacağıq. Mənə çox maraqlıdır ki, siz niyə görə Kamen Vasilyevin adını çəkdiniz?! Bildirmək istəyirəm ki, Gənclər və İdman Nazirliyi idman üçün çalışır. Siz Mariana Vasilyevanın (nazir müavini – S.M.) həyat yoldaşını nəzərdə tutursunuzsa...

    – Bu vəzifəyə Aftandil Hacıyevin də adı çəkilir...
    – Yox, mənim qohumlarımın da adı çəkilə bilər. Sadəcə, siz başa düşməlisiniz ki, biz dövlətimiz üçün çalışırıq. Bu barədə çox yazılar yazıldı. Ürəyimdən gəldi ki, sizə deyim ki, biz idman üçün çalışırıq.

    – Mövlud Mirəliyev Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinə rəis təyin olundu. Onun Göygöl Olimpiya İdman Kompleksinin də direktoru olduğunu nəzərə alsaq, direktor vəzifəsindən ayrılacağı gözlənilir...
    – Tamamilə doğrudur.

    – Artıq vəzifəsindən azad olunub?
    – Azad olunması haqda bu haqda əmr imzalanmalıdır.

    Səbuhi Musa

    Futbol

    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod

    14.10.2026 15:13:56
    Müsahibə

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Müsahibə

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Digər idman növləri

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Müsahibə

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Cüdo

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42

    "Bu görüşü səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

    19.10.2026 20:25:16

    "Borusiya"nın müdafiəçisi: "Meydana qələbə üçün çıxacağıq"

    19.10.2026 20:19:40

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37

    Balıqçılarımız gümüş medal qazanıblar - FOTO

    19.10.2026 19:46:24

    "Qadın voleybolu daha zərif və baxımlı görünür” - "Turan"ın prezidenti

    19.10.2026 19:23:10

    "Sabah" - "Barselona" matçının biletləri satışda

    19.10.2026 18:40:16
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved