Mövlud Mirəliyev Göygöl Olimpiya İdman kompleksinin direktoru vəzifəsindən azad olunacaq.
Bu barədə gənclər və idman naziri Fərid Qayıbov Şuşaya ezam olunmuş Prosport.Az-ın sualına cavab olaraq açıqlamasında deyib.
Buna səbəb onun DİN-də İdman Cəmiyyətinin rəisi təyin edilməsidir. Onun yerinə namizəd yaxın günlərdə açıqlanacaq.
Səbuhi Musa

