Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Olimpiya Oyunları
    "O döyüşdə televizorun səsini almışdım" – Finala çıxan boksçumuzun həyat yoldaşı
    5.08.2024 16:46:00

    Fransanın paytaxtı Parisdə keçirilən Olimpiadada finala çıxan boksçumuz Loren Alfonsonun həyat yoldaşı Nigar Alfonsonun Prosport.Az saytına müsahibəsi 

    – Loreni Parisə yola salanda ailə olaraq hansı medal hədəf kimi qarşıya qoyulmuşdu?
    – Ancaq qalib olmaq. Sadəcə, özü medal qazanacağından şübhələnirdi. Çünki bildiyiniz kimi, o 92 kq çəki dərəcəsində yenidir. Minimum 6 ay lazım idi ki, bu çəkiyə öyrəşsin. O isə 3-4 aya bu çəkidə çıxış edib Olimpiadada finala çıxa bildi. Mənə deyirdi ki, bu çəkidə Kubadan Xulio Sesar La Krus, Qazaxıstandan Aybəy Oralbay, İspaniyadan Enmanuel Reyes olacaq. Bu idmançılar çoxdan bu çəkidə çıxış edir. Deyirdi ki, bu səbəbdən mənə çətin olacaq. Amma mən həmişə ona deyirdim ki, belə düşünmə. Ümumiyyətlə, ona həmişə 3 şey demişəm: özünə güvən, "never give up" (heç vaxt təslim olma), özünü zədədən qoru. La Krusun onunla döyüşünə baxmışdım. Rəqibin zərbələri daha güclü idi. Hətta ona neçə dəfə demişəm ki, gördün nəsə düz getmir, rəqibi nokaut et. O da deyir ki, bu mənim üslubum deyil.

    – Nədənsə o, Olimpiadalarda öz həmyerliləri ilə qarşılaşır. 3 il əvvəl Tokioda da yarımfinalda sonradan olimpiya çempionu olan Arlen Lopeslə qarşılaşmışdı. Bu dəfə isə 2 həmyerlisini məğlub etdi...
    – Hamı deyir ki, bu dəfə güclü boksçular onunla düşdü. Amma ilk gündən ona inanmışam. Ardıcıl qələbə qazandıqca motivasiyası daha da çoxalır. İnşallah, qızıl medalı da qazanacaq.

    – 3 il əvvəlki açıqlamanızda boksdan anlayışınızın olmadığını bildirmişdiniz. Ancaq indi görürəm ki, kifayət qədər məlumatlısınız...
    – (gülür) O həmişə mənə rəqibləri haqda məlumat verir. Hər döyüşdən əvvəl onları analiz etdiyi videoları mənə də göndərir. Düzdür, onun döyüşlərinə, demək olar ki, gözüyumulu baxıram. Çünki baxa bilmirəm. Amma başqalarının döyüşlərinə baxıram.

    – Elə o vaxt da deyirdiniz ki, döyüşlərinə tam baxa bilmirəm, indi də. Qələbə qazanmağını necə bilirsiniz?
    – Yarımfinal döyüşündə televizorun səsini almışdım. Sonda balların verilməsinə ancaq baxmışam. Ondan qabaqkı 2 döyüşündə isə həyəcandan evi gəzirdim. 3-cü raund bitənə yaxın televizora yaxın gəlirdim. Onun döyüşlərinə heç cür baxa bilmirəm.

    – O, rituallara inanır?
    – 2 övladımız var. Oğlumun adı da Lorendir. Biz ona Loren Cunior deyirik. O, dinozavrları çox sevir deyə, bu heyvanın oyuncaqlarını ona almışıq. Qara rəngdə olanını atası özü ilə Parisə aparıb. Qızım Lorenanın isə "zakolka"sını (saçyığan) özü ilə götürmüşdü. Hər iki əşyanı uğur gətirməsi üçün aparıb. Hətta Parisdə məşqlərə gedəndə də çantasında özü ilə aparıb gətirir. O həm də uşaqları üçün çox darıxır. Mən belə rituallara inanmıram, Allaha inanıram. Ancaq o uşaqları üçün darıxır deyə, bu əşyaları ona verdim ki, yanında olsun.

    – Mətbuatda onun adı qala-qala soyadından – Alfonso Dominqesdən istifadə olunur. Bu ona pis təsir etmir?
    – Düz qeyd edirsiniz, adı Loren Bertodur. Ancaq bu ona pis təsir etmir. Çünki o da Azərbaycanda özünü təqdim edəndə Alfonso kimi deyir, soyadını bildirir. Mənimlə ilk dəfə tanış olanda da demişdi ki, adım Alfonsodur (gülür). Deyir ki, Kubada Loren kimi tanınıram, Bakıda isə Alfonso kimi.

    Səbuhi Musa

    Olimpiya Oyunları

    Paraatletika üzrə Açıq Qapı Günü keçirildi

    17.09.2026 19:54:22
    Multiidman yarışları

    Olimpiya çempionu xəstəxanaya yerləşdirildi

    25.07.2026 16:25:02
    Multiidman yarışları

    Yenilənmiş Olimpiya medalları Azərbaycan idmançılarına təqdim olundu

    9.04.2026 12:46:21
    Döyüş növləri

    Paris-2024 medalları yeniləndi - MOK-da təqdimat olacaq

    8.04.2026 14:30:03
    Döyüş növləri

    Olimpiya mükafatçılarımızın medalları yenisi ilə əvəzləndi

    16.03.2026 21:57:37
    Güləş

    2 idmançımızın olimpiya medalı dəyişdirilir

    25.02.2026 17:17:18
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi"nin sabiq prezidenti Macarıstana gedir

    20.10.2026 12:52:52

    Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçularla görüşdü

    20.10.2026 12:16:58

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved