Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Müsahibə
    "Onun erməni üzərində qələbəsindən stimul alaraq, Avropa çempionu oldum" – Bahadır Feyzullayev
    13.07.2024 09:40:00

    Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş Avropa çempionatında qızıl medal qazanan Azərbaycanın yeniyetmə cüdoçusu Bahadır Feyzullayevin Prosport.Az saytına müsahibəsi

    – Ardıcıl 4 dəfə Avropa Kubokunun qalibi olduqdan sonra ilk dəfə qitə çempionluğunu qazandınız. Təəssüratlarınızı bilmək istərdik...
    – Bəli, 4 dəfə Avropa Kubokunun qalibi olmuşam. Buna baxmayaraq, məşqlərdə daha aktiv çalışıb Avropa çempionatına hazırlaşdım. Şükürlər olsun ki, qalib gəldim. Qarşıda dünya çempionatı var. Özümə inanıram. Ümid edirəm ki, dünya çempionu da olacağam.

    – Ötən il Avropa çempionatında millinin heyətdə yox idiniz. Nə etdiniz ki, bu il heyətə düşməyi bacardınız?
    – Keçən il Avropa Kubokunun qalibi olsam da, zədələrə görə digər yarışlarda uğursuzluq yaşadım və Avropa çempionatına vəsiqə qazana bilmədim. Amma bu il tam ciddi hazırlaşaraq istəyimə nail oldum.

    – Yarımfinalda komanda yoldaşınız Məhəmmədəli Hüsiyevə qalib gəldiniz...
    – Doğrudur, tam üstünlüklə qələbə qazandım. Özümə çox inanırdım. Görüşdə tam aktivlik göstərərək, qızıl xalda ağrıdıcı fəndlə onu məğlub etdim.

    – Əvvəllər rəsmi yarışlarda onunla qarşılaşmışdınızmı? Hesab necə olmuşdu?
    – Bəli, onunla Almaniyanin paytaxtı Berlində keçirilmiş Avropa Kubokunun finalında da qarşılaşmışdıq. Həmin görüşdə vaza-ari xalı qazandıqdan sonra osaekomi (tutma) fəndi tətbiq etdim və yarışı qızıl medalla başa vurdum.

    – Ümumiyyətlə, beynəlxalq yarışlarda öz komanda yoldaşına qalib gəlmək necə hissdir? Avropa çempionatındakı qələbədən sonra Məhəmmədəliyə hansı sözlərlə təsəlli verdiniz?
    – Finalda qarşılaşsaydıq, daha yaxşı olardı. Amma reytinqə görə yarımfinalda üz-üzə gəldik. Düzdür, finala çıxmağıma sevinsəm də, həmyerlimi məğlub etmək sevincimi doyunca yaşamağa imkan vermədi. Məhəmmədəliyə dedim ki, 3-cü yer uğrunda rəqibin erməni idmançıdır, onu məğlub edərək Azərbaycanın gücünü göstərməlisən. Komanda yoldaşımın erməni üzərində qələbəsindən stimul alaraq, mən də Avropa çempionu oldum.

    – Finalda isə ukraynalı Rostislav Kostrıkini üstələdiniz. Həmin görüş barədə nə deyə bilərsiniz? Sizcə, qızıl medala gedən yolda hansı amil həlledici yol oynadı?
    – Finalda üstünlük tam olaraq məndə idi. Real fəndlər edərək fəallıq nümayiş etdirirdim. Həm də rəqibin səhvini gözləyirdim. Amma buna ehtiyac da olmadı. Kostrıkin cüdo qaydalarına zidd hərəkət etdiyi üçün hakim məni qalib elan etdi.

    – Hazırda dünya reytinqində 2-ci yerdəsiniz. Avqustda Perunun paytaxtı Limada keçiriləcək dünya çempionatında artıq hamı sizə qarşı ehtiyatlı davranacaq. Bu işinizi çətinləşdirməyəcək?
    – Yox, əksinə, bu mənim xeyrimədir. Məşqlərdə daha səylə çalışacağam. Hədəfim dünya çempionatında da Azərbaycan himnini dünyaya dinlətmək, bayrağımızı ən yüksəkdə dalğalandırmaqdır.

    – Nəzərə alaq ki, orada yapon cüdoçular da olacaq. Düzdür, Hidayət Heydərov son dünya çempionatında "yapon sindromu"nu qırdı. Amma nəzərə alaq ki, bu ölkənin təmsilçilərinə qarşı görüşlərdə işimiz heç də asan olmur...
    – Düzdür, yaponlar cüdoda öz sözlərini desələr də, onlara qarşı görüşlərdə ağlı işə salmaq və xarakter göstərmək lazımdır. Nə vaxtsa yapon cüdoçu ilə qarşılaşsam, öz fəndimi tətbiq edərək qalib gələcəyimə inanıram.

    – Yeniyetmələrdə sonuncu ilinizdir. Dünya çempionatında "qapını bərk çırpmağı" düşünürsünüzmü?
    – Bəli, bu il dünya çempionlunu hədəfləyirəm. Amma gənclərə keçdikdən sonra çəkimi dəyişəcəyəm. Fiziki hazırlıq və texnikamın üzərinde çalışacağam. Orada da yaxşı nəticələrlə addımlamağı düşünürəm.

    – Hazırda reytinqdə 1-ci Nihad Məmişov, 2-ci sizsiniz. Dünya çempionatında yaxşı nəticə göstərsəniz, onu keçə bilərsiniz?
    – Dünya çempionatına qədər onu xalı azalacaq. Çünki yarışın 1 ili tamam olanda xalların yarısı silinir. Bundan sonra isə mən reytinqdə 1-ci pilləyə qalxacağam.

    Vasif Şükür

    Müsahibə

    "Sabah"a vura bilməyimiz qolları "Fənərbağça"ya saxladıq" - Lukaş Provod

    14.10.2026 15:13:56
    Futbol

    "Məqsədimiz hər oyunda 3 xal qazanmaqdır" - Hayderson Hurtado

    12.10.2026 19:17:07
    Cüdo

    "Kindzerskayanın niyyəti ciddidirsə, özü ilə söhbət edərik" – Rəşad Rəsullu

    12.10.2026 17:44:31
    Müsahibə

    "Dünya Kubokunun Bakıda keçirilməsi yalnız bu il üçün nəzərdə tutulmuşdu" – Baş katib

    10.10.2026 10:46:15
    Cüdo

    "Ömər özü dünya çempionu olmaq istəyirdi" – Onun qohumu Fərhad Rəcəbli

    9.10.2026 15:42:46
    Cüdo

    "Düşünürdüm ki, atamı sevindirim" – İlk dəfə dünya 3-cüsü olan Murad Fətiyev

    8.10.2026 19:50:12
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    2 idmançımız zədələndi, millimiz yarımfinal görüşünə çıxa bilmədi

    19.10.2026 10:26:41

    "Sabah”la görüşdə eyni səhvləri təkrarlamamalıyıq" - "Borussiya"nın idman direktoru

    19.10.2026 10:00:14

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved