Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    "Koronavirusun "pozitiv"i ilə də idmanı dayandırdım" – Paralimpiya çempionumuz
    8.07.2024 19:52:41

    Cüdo üzrə Universiadanın qalibi, paracüdo üzrə paralimpiya, dünya və ikiqat Avropa çempionu Ramil Qasımov Prosport.Az saytına müsahibə verib.

    42 yaşlı veteran idmançı karyerasını bitirmə səbəblərindən danışıb.

    – 3 il əvvəl idmançı karyeranızı məyus notlarla başa vurdunuz. Davam edib müsbət emosiyalarla bitirmək olmazdı?
    – 2016-cı ildə Rio Paralimpiya Oyunlarının, 1 il sonra Bakıda İslam Həmrəylik Oyunlarının qalibi olmuşdum. Artıq keryeramı bitirmək fikrində idim. Sadəcə, olaraq Tokio Paralimpiya Oyunları öncəsi bir yarışda yaxşı nəticə verib, reytinqə düşmüşdüm. Məşqçilər "1-2 yarışa da çıx, sənə inanırıq" deyə-deyə, bir də gördüm ki, Paralimpiya Oyunlarına lisenziya qazanmışam. İdmançılar var ki, məğlub olaraq dayanır. Mən artıq qalib olmuşdum. Sadəcə, gözlənilməz hal oldu ki, Tokioda təyyarədən düşəndə yoxlanışdan sonra dedilər ki, səndə koronavirus testi pozitiv çıxıb. Amma özümü çox yüksək səviyyədə hiss edirdim. Karantinə alındım. Yarışım bitən günü dedilər ki, səndə test neqativdir, məni buraxdılar. Sadəcə, Paralimpiya Oyunları üçün çəkdiyim 5 illik əziyyətə bir az heyfim gəldi. Azərbaycana yenə qızıl medal gətirmək istəyirdim. Çünki əvvəl qalib gəldiyim idmançılar orada medallar qazandı. Qismət belə imiş. Zədələrim çox idi. Dizim və çiynimdə zədə var. Bu gün də həmin zədələr məni narahat edir. Bəlkə də yarışa buraxılsaydım, o zədələr məni tatami üzərində də yarımçıq qoyacaqdı. Elə bağ qırıla bilərdi ki, ömürlük problem yaşayardım. Hər şeyi Allah bilir. Xeyirlisi belə imiş.

    – Yarışa buraxılsaydınız, yaşınızın çoxluğu və zədələrinizin olduğunu nəzərə alaraq deyin, medal əyarı nə ola bilərdi?
    – Fiziki gücüm medal qazanmağa imkan verirdi. 99% o 3 medaldan biri mənim olmalıydı. Mən Yaponiyaya da o niyyətlə getmişdim ki, çempion ola bilməsəm də, o medallardan birini qazanım. O da qismət olmadı. Koronavirusun "pozitiv"i ilə də idmanı dayandırdım.

    – Bəs hazırda nə işlə məşğulsunuz?
    – Gəncədə 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoruyam. 15 idman növü bizim məktəbdə fəaliyyət göstərir. Bizim məktəbdə dünya və Avropa çempionları yetişib. Sərbəst güləşçis Turan Bayramov bizim məktəbin yetirməsidir və Olimpiadaya lisenziya qazanıb. Futbol, basketbol, sərbəst güləş, boksda ölkə birinciliyində 1-ci yerə çıxmışıq. İdmançı karyeramı bitirsəm də, məktəbimizin yetirmələri ilə fəxr edirəm. İstəyirəm ki, onlar da mənim kimi yüksəlsinlər.

    – Tokio Paralimpiya Oyunlarında cüdo uğurlu oldu və 6 qızıl, 2 bürünc medal qazanıldı. Bu dəfə Parisdə eyni uğur olmayacaq, çünki az idmançımız lisenziya qazanıb. Bunun da səbəbi göz tibbi təsnifatından bəzi idmançılarımızın keçə bilməməsidir...
    – O vaxt qaydalar başqa idi. B1, B2 və B3 kateqoriyası vardı. Tokiodan sonra J1 və J2 yaradıldı. İndi hər kateqoriya ayrı-ayrı yarışır. Tam fərqli tibbi təsnifat qaydalarıdır. Ona görə də çətinlik var...

    – İndiki qaydalar daha ədalətli deyilmi?
    – Onsuz da hər 4 ildən bir dəyişikliklər olur. Paracüdoda əvvəl ayaqdan tutma da vardı. Sonra onu da yığışdırdılar. Əvvəlki qaydalarla daha çox medal qazanmaq imkanın olurdu. İndi o şansları azaldıblar. Açığı, 2021-ci ildə karyeramı bitirdiyimdən, yeni qaydalarla tam dərindən tanış deyiləm. Ola bilsin ki, əvvəl müəyyən göz dərəcələri paracüdoda yarışmağa imkan verirdisə, indi yeni qaydalarla buna icazə yoxdur.

    – Qasımovlar ailəsində qardaşınız Amil də sambo ilə məşğul olub. O niyə karyerasını erkən bitirdi?
    – Xalamoğlu Şahmuraz Qasımov da samboda dünya və Avropa çempionu olub. Mən ona baxıb, idmana gəlmişəm. Sonra qardaşım da mənə baxıb, sambo ilə məşğul olmağa başlayıb. Amil bir ildə (2014) həm dünya, həm də Avropa çempionu olub. Ondan sonra bizim böyüklərdə dünya çempionumuz yoxdur. 2015-ci ildə Bakıda keçirilmiş I Avropa Oyunlarında sambo da vardı. Amil finalda güləşərkən zədələndi və yarışı davam etdirə bilməyib gümüş medalla kifayətləndi. Cənab Prezident ona "Tərəqqi" medalı verib. Avropa Oyunlarından sonra dünya 2-cisi və ikiqat Avropa çempionu da oldu. 2017-ci ildə isə karyerasını bitirdi. Onun karyerasını bitirməsinin görünməyən tərəfləri var. Özüm 34 ilimi idmana vermişəm və 5 dəfə əməliyyat keçirmişəm. Amilin də diz nahiyəsindən əməliyyatları olub. Kənardan döyüş asan görünmür. Elə zədə var ki, gələcəkdə sənə mane ola bilər. Ona görə də vaxtında dayanmaq yaxşıdır. Hazırda dövlət işindədir.

    Səbuhi Musa

    Müsahibə

    Azərbaycan futbolunun inkişafı yalnız AFFA-nın məsuliyyəti deyil" - Edmond Klaus

    21.07.2026 12:22:50
    Top oyunları

    "Təşəbbüs Ehtiram müəllimdən gəldi" – Həsən Zeynalov "Turan Tovuz"dakı təyinatından danışdı

    19.07.2026 15:45:12
    Futbol

    "Mbappe 11 nəfəri keçdi və qol vurdu" - Toral Bayramov

    13.07.2026 10:03:23
    Futbol

    "Niyə Azərbaycanda da çempion olmayım?" - Yuri Vernidub

    11.07.2026 14:33:43
    Futbol

    "Bizi çətin oyun gözləyir" – Aydın Bayramov

    9.07.2026 14:23:55
    Top oyunları

    "Olimpiada futbol üzrə dünya çempionatından daha maraqlıdır" – "Neftçi"nin icraçı direktoru ilə MÜSAHİBƏ

    9.07.2026 09:00:29
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    İTV növbəti dünya çempionatını da yayımlayacaq

    21.07.2026 23:16:10

    "Beynim hazırda KuPS-a fokuslanıb" – Valdas Dambrauskas

    21.07.2026 22:50:23

    "Bu 2 faktor üstünlüyümüz ola bilər" – KuPS-un baş məşqçisi

    21.07.2026 22:22:32

    "Sabah" Finlandiya klubuna ilk oyunda qalib gəldi

    21.07.2026 21:58:40

    "Qarabağ"ın rəqibi Bakıda azarkeşsiz qalacaq

    21.07.2026 21:17:02

    "Oyundan əvvəl şanslar həmişə bərabər olur" "Dinamo"nun baş məşqçisi

    21.07.2026 20:41:10

    Ermənistan millisi Bakıya gəlir

    21.07.2026 20:22:08

    Jurnalistlər arasında ilk dəfə oxatma yarışı keçirilib - FOTOLAR

    21.07.2026 20:06:11

    "Neftçi" MPK ilə əməkdaşlığa başlayır - FOTOLAR

    21.07.2026 19:51:34

    BATE yeni transferini İçərişəhərdə təqdim etdi

    21.07.2026 19:13:40

    "Sabah" - KuPS: HEYƏTLƏR

    21.07.2026 18:51:42

    Azərbaycanda bu stadionun ot örtüyü yenilənir

    21.07.2026 18:12:30

    Azərbaycan yığmasının üzvü Tovuz klubuna keçdi

    21.07.2026 17:48:42

    Millimiz seçmə mərhələyə Çexiya səfərində start verəcək

    21.07.2026 17:12:02

    "Göztəpə"nin sabiq futbolçusu "Zirə"də

    21.07.2026 16:46:17
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved