Azərbaycanın cüdo üzrə milli komandasının üzvləri iyulun 1-dən İspaniyanın Benidorm şəhərində Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən Olimpiya təlim-məşq toplanışına qatılıb.
Prosport.Az xəbər verir ki, toplanışda qadınlardan, böyüklərdən və gənclərdən ibarət yığmanın 30-dan çox idmançısı iştirak edir. Hazırlıq prosesi iyulun 6-a qədər davam edəcək. Cüdoçularımız "Paris-2024" Yay Olimpiya Oyunlarına hazırlıq prosesinin son mərhələsini Bakıda tamamlayacaqlar.
Təlim-məşq toplanışı qarşıdan gələn digər beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.

