Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    "Əmin ola bilərsiniz ki, gələn il daha güclü gələcəyik"  – Millimizin baş məşqçisi
    3.07.2024 10:34:01

    Cüdo üzrə yeniyetmə oğlanlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rüstəm Alimlinin Prosport.Az saytına müsahibəsi

    – Oğlanlardan ibarət yığma Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazandı. Nəticə baş məşqçi olaraq sizi qane etdimi?
    – Avropa çempionatını 2 qızıl, ümumilikdə isə 6 medalla başa vurmağı planlaşdırırdıq. Çox təəssüf ki, cəmi 4 medal qazandıq ki, onun da 1-i qızıl oldu. Ümumi götürsək, pis deyil. Sadəcə, bəzi çəki dərəcələrindəki nəticələr istədiyimiz kimi olmadı.

    – Yarışdan sonra mətbuata açıqlamanızda da bildirmisiniz ki, daha çox medal gözləyirdiniz. Bu mənada, hansı idmançılar ümidləri doğrultmadı?
    – 55 və 81 kq çəki dərəcələrində qızıl medala daha çox ümid edirdik. 55 kq-da son dünya çempionumuz Nihad Məmişov gözlənilmədən ilk görüşündə uduzdu. Amma bu, cüdodur, belə şeylər ola bilər. Cüdo səhvləri bağışlamır. Ona görə də gözləmədiyimiz halda Nihad 1-ci qarşılaşmada uduzdu. 81 kq-da 2 lider idmançımız var ki, il boyu reytinq yarışlarında yaxşı nəticələr əldə etmişdi. Onlara çox inanırdıq. Təəssüf ki, Mehdi Abbasov daha tez, Əli Qazıməmmədov isə bürünc medal görüşündə uduzub 5-ci oldu. Həmin cüdoçulardan da medal gözləyirdik. Amma bunlar yeniyetmə idmançılardır, bəzən səhvlərə yol verirlər. Bunu problem hesab etmirəm. Əsas odur ki, perspektivli cüdoçulardır. İnanırıq ki, gənclər və böyüklər arasında da öz sözlərini deyəcəklər.

    – Sadaladığınız çəki dərəcələrində nəticələrin istənilən kimi olmamasında hakim qərarları nə dərəcədə rol oynadı? Ümumiyyətlə, idmançılarımız hansısa görüşlərdə hakim ədalətsizliyi ilə üzləşdimi?
    – Avropa çempionatları və kuboklarında hakim səhvləri ilə tez-tez qarşılaşırıq. Belə hallar mümkündür, amma bizə mane olmamalıdır. İdmançılarımıza həmişə deyirik ki, siz təkcə rəqiblərinizlə deyil, hakimlərlə də güləşməli, vuruşmalısınız. Hakim səhvi məğlubiyyət üçün səbəb olmamalıdır. Cüdoçulara bildirmişik ki, rəqiblərdən bir baş güclü olmalısınız, heç bir hakim sizə əngəl törədə bilməz. 

    – Ötən il oğlanlar arasında komanda hesabında Avropa çempionu olsanız da, bu dəfə 2-ci yeri tutdunuz…
    – Bəli, yalnız Ukraynadan geri qaldıq. O da ən ağır çəki dərəcəsində qeydə alınan nəticəyə görə oldu. Sübhan Axundov final görüşündə qalib gəlsəydi, bu il də oğlanlar arasında Avropa çempionu olardıq.

    – Komanda yarışında yer tuta bilməməyinizin səbəbləri barədə nə deyə bilərsiniz?
    – Ümumi götürsək, ölkəmiz pis nəticə göstərmədi. Sadəcə, biz hər dəfə 1-ci yerə çıxmağa öyrəşmişik. Bu il alınmadı. Amma əmin ola bilərsiniz ki, gələn il daha güclü gələcəyik. Çünki son Avropa çempionatında yaxşı nəticə qazanan cüdoçularımız gələn il də yeniyetmələr arasında mübarizə aparacaq. İnanıram ki, növbəti Avropa çempionatından 3 qızıl medalla qayıdacaq, yenidən liderliyimizi geri qaytaracağıq.

    – Bu ilin avqustunda Perunun paytaxtı Limada dünya çempionatı keçiriləcək. Həmin yarışda iştirak etməyi düşünürsünüz? Ümumiyyətlə, gələcək planlar nədən ibarətdir?
    – Dünya çempionatı ilə bağlı hələ heç nə deyə bilmərəm. Çünki idmançılara 1 həftə istirahət vermişik. Növbəti həftə yenidən məşq prosesinə başlayacağıq. Federasiya rəhbərliyi ilə məşqçilər korpusu arasında görüş olacaq. Bütün qərarlar orada təsdiqlənəcək.

    Cüdo

    Cüdoçularımız Asiya Açıq Turnirinə 8 medalla başladılar

    17.10.2026 20:40:29
    Digər idman növləri

    Prezident 4 idmançını təltif etdi - ADLAR

    16.10.2026 14:41:34
    Cüdo

    Cüdo millimizin Asiya Açıq Turniri üçün heyəti bilindi

    15.10.2026 16:45:28
    Cüdo

    ABŞ səfirliyi cüdo millimizi təbrik etdi

    13.10.2026 18:48:47
    Cüdo

    Marius Vizerdən Azərbaycana dünya çempionatı təşəkkürü

    13.10.2026 17:51:33
    Cüdo

    Cüdo üzrə Bakı mundialı daha bir tarixi nəticə ilə yadda qalıb

    13.10.2026 16:09:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    2 idmançımız zədələndi, millimiz yarımfinal görüşünə çıxa bilmədi

    19.10.2026 10:26:41

    "Sabah”la görüşdə eyni səhvləri təkrarlamamalıyıq" - "Borussiya"nın idman direktoru

    19.10.2026 10:00:14

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07

    "İmişli"yə gəlməzdən öncə Starkovla məsləhətləşmişdim" – Ervin Perkon

    18.10.2026 18:28:11

    "Kəpəz" - "Zirə" - HEYƏTLƏR

    18.10.2026 18:03:32

    "İmişli" layiqli qələbə qazandı" – Qurban Berdiyev

    18.10.2026 17:47:41
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved