Sloveniyanın Podçetrtek şəhərində cüdo üzrə usta cüdoçular arasında Avropa çempionatının ilk yarış günü Azərbaycan 1 qızıl və 1 bürünc medal qazanıb.
Prosport.Az xəbər verir ki, M5, M6, və M7 yaş kateqoriyaları üzrə 9 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
M7 kateqoriyası üzrə 90 kq çəki dərəcəsində mübarizə aparan veteran cüdoçumuz Fərhad Rəcəbli bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bu, idmançımızın usta cüdoçular arasında Avropa çempionatlarında qazandığı 9-cu qızıl medal olub.
M6 yaş kateqoriyası üzrə +100 kq çəkidə yarışan cüdoçumuz Qabil Qasımov bürünc medala layiq görülüb.

