Gənclər və idman naziri Fərid Qayıbovun Milli Gimnastika Arenasında keçirilən Olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə görüşündə cüdo məşqçisi Elçin İsmayılova Əməkdar məşqçi vəsiqəsi təqdim edilib.
Prosport.Az xəbər verir ki, Elçin İsmayılov 1991-ci ildə sonuncu dəfə keçirilən SSRİ xalqları spartakiadasının qalibi olub.
Bundan başqa o, müxtəlif yaş qrupları üzrə 10 dəfə ittifaq çempionu, Silahlı Qüvvələr arasında dünya çempionu və bir neçə dəfə müxtəlif beynəlxalq yarışların da qalibi olub. Elçin İsmayılov 4 il Azərbaycan cüdo üzrə milli yığmasının məşqçisi kimi çalışıb, bir sıra dünya və Avropa mükafatçıları yetişdirib.

