Slovakiyanın Koşitse şəhərində Dünya Kontinental Turu - Bürünc səviyyədə keçirilən JBL Tullanmalar Festivalında Nazim Babayev uğurlu nəticə ilə yadda qalıb.
Prosport.Az xəbər verir ki, atletimizin uzunluğu tullanma üzrə yarışda 7.80 m-lik göstəriciyə imza atıb. Yekunda yalnız çexiyalı Radek Yuşkadan geri qalan Babayev 2-ci yeri tutub.

