Azərbaycan millisi Binə Atçılıq Mərkəzində keçirilən çövkən üzrə dünya çempionatında finala vəsiqə qazanıb.
Prosport.Az xəbər verir ki, qrup mərhələsindəki sonuncu oyunda Özbəkistanla qarşılaşan yığma rəqibini 7:0 hesabı ilə üstələyib.
Bununla da qrup mərhələsində bütün oyunları qələbə ilə bitirən komanda finala çıxıb. Təmsilçimiz həlledici oyunda B qrupunu lider kimi tamamlayan Mərakeş komandası ilə qarşılşacaq.
A və B qrupunda 2-ci yeri tutan Özbəkistan və Nigeriya komandaları 3-cülük uğrunda qarşılaşacaq. Hər iki oyun iyunun 16-da keçiriləcək.
Qeyd edək ki, milli qrupda keçirdiyi əvvəlki oyunlarda Qazaxıstan, Türkiyə və Maltanı 5:0 hesabı ilə məğlub edib.
