Martın 25-dən aprelin 1-dək Albaniyanın Durres şəhərində yeniyetmələr arasında ağırlıqqaldırma üzrə dünya birinciliyi keçiriləcək.
Prosport.az saytının məlumatına görə, mundialda Azərbaycan millisi də qüvvələrini sınayacaq.
Dünya birinciliyində Dəniz Cabbarlı (55 kq), Turan Əliyev (67 kq) və Ravin Alməmmədov (73 kq) mübarizə aparacaqlar.

