Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    "Kim ilk olaraq cavab verdisə, onlar DÇ-yə dəvət olundu" – Beynəlxalq Çövkən Federasiyasının prezidenti
    10.06.2024 23:47:30

    "Azərbaycanın idman növü üzrə Beynəlxalq Çövkən Federasiyasının bayrağı altında ilk rəsmi yarışda toplaşmaq sevindiricidir".

    Prosport.Az xəbər verir ki, bu sözləri Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev bu gün Bakıda start götürən dünya çempionatının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

    Qurumun növbədənkənar Baş Assambleyasının keçirildiyini diqqətə çatdıran B.Nəbiyev burada bir sıra vacib qərarların təsdiq olunduğunu söyləyib: "İclasda bir sıra məsələlər müzakirə olundu. İlk olaraq federasiyaya üzv ölkələrin sayı artırıldı. Bu o deməkdir ki, biz artıq böyük bir ailəyik. Assambleyada qərar verildi ki, dünya çempionatı 2 ildən bir cüt illərdə keçirilsin. Qitə çempionatları isə 2 ildən bir tək illərdə təşkil olunacaq. Həmçinin bu gün iclasda əsas məsələlərdən biri də beynəlxalq çövkən qaydalarının qəbul olunması idi. Artıq federasiyaya üzv olan bütün ölkələr tərəfindən qəbul olunmuş qaydalar var ki, bunlar yalnız Azərbaycanda keçirilən turnirlərə şamil olunurdu".

    O, Argentina, ABŞ, Avstraliya kimi ölkələrin bu yarışda iştirak edə bilməməsini belə izah edib: "Bizdə komanda sayı ilə bağlı limit vardı. Bir sıra ölkələrə müraciət etmişdik. Kim ilk olaraq cavab verdisə, onlar bu dünya çempionatına dəvət olundu. Müsbət cavab verən ilk 9 milli bu dünya çempionatında yarışır. Bununla yanaşı, dünya çempionatında iştirak edəcək ölkələrin sayını artırmaq üçün də işlər görüləcək".

    Bəhruz Nəbiyev Azərbaycanın 2025-ci ildə keçiriləcək Avropa çempionatına ev sahibliyi edib-etməyəcəyi ilə bağlı suala da aydınlıq gətirib: "Bu məsələyə sabah baxılacaq. Federasiyamızda regional komitələr fəaliyyət göstərir. Onların hər birinin sədri var. Bu şəxslər həmin regionda baş tutacaq bütün məsələlərə cavabdehdir. Sabah Assambleyanın 2-ci günüdür. Əsas mövzumuz, təbii ki, qitə çempionatları olacaq. Əgər Azərbaycan tərəfi Avropa çempionatına maraq göstərərsə, buna müsbət yanaşılacaq".

    Qeyd edək ki, 10 ölkədən komandaların iştirak etdiyi dünya çempionatına iyunun 16-da yekun vurulacaq.

    Digər idman növləri

    "Azərbaycan Paralimpiya Hərəkatının inkişafında mühüm nümunədir" - Endrü Parson

    19.10.2026 16:10:30
    Digər idman növləri

    Yığmamız Avropa birinciliyini 9 medalla tamamladı

    19.10.2026 15:36:35
    Digər idman növləri

    2 idmançımız zədələndi, millimiz yarımfinal görüşünə çıxa bilmədi

    19.10.2026 10:26:41
    Digər idman növləri

    Millimiz Polşada toplanış keçəcək

    18.10.2026 16:04:47
    Digər idman növləri

    Azərbaycan çempionatında mövsümə yekun vuruldu

    17.10.2026 19:11:16
    Digər idman növləri

    Bakıdakı dünya çempionatında həvəskar sumo qaydaları əsas götürüləcək

    17.10.2026 16:03:30
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    Yığmamız dünya çempionatını ilk "10-luq"da başa vurdu

    19.10.2026 16:53:58

    "Azərbaycan Paralimpiya Hərəkatının inkişafında mühüm nümunədir" - Endrü Parson

    19.10.2026 16:10:30

    Yığmamız Avropa birinciliyini 9 medalla tamamladı

    19.10.2026 15:36:35

    Mahir Emreli yenə baş məşqçisiz qaldı

    19.10.2026 15:13:27

    "Gözləntilərimizi doğrultmayan məşqçilərlə yollarımızı ayıracağıq" - "Qarabağ"ın baş direktoru

    19.10.2026 14:35:29

    Sabiq "Qarabağ"lıdan 1 qol, 2 assist - VİDEO

    19.10.2026 14:17:00

    Asif Məmmədov son 18 mövsümün rekordunu yenilədi

    19.10.2026 13:42:22

    "Məqsədimiz təkcə futbolçu yetişdirmək deyil" - Əmrah Çəlikəl

    19.10.2026 13:19:04

    "Borussiya" Bakıya bu futbolçularla gəlir - ADLAR

    19.10.2026 12:43:08

    "Sabah"da Bundesliqanın bəzi futbolçularından daha çox qazanıram" - Coy-Lens Mikels

    19.10.2026 12:25:51

    "Turan Tovuz" 50-ci dəfə uduzdu

    19.10.2026 11:45:11

    Aleksey Kaşşuk yenidən yığma məşqçilərinin diqqət mərkəzində

    19.10.2026 11:08:30

    Premyer Liqada mövsümün tamaşaçı rekordu qeydə alındı

    19.10.2026 10:49:36

    2 idmançımız zədələndi, millimiz yarımfinal görüşünə çıxa bilmədi

    19.10.2026 10:26:41

    "Sabah”la görüşdə eyni səhvləri təkrarlamamalıyıq" - "Borussiya"nın idman direktoru

    19.10.2026 10:00:14
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved