Azərbaycanın veteran cüdoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa çempionatının 2-ci günündə 2 qızıl və 3 bürünc medal qazanıb.
Prosport.Az xəbər verir ki, M3 yaş kateqoriyasında Vüqar Babayev (66 kq) qızıl mükafat əldə edib.
Azər Fətullayev (81 kq) və Nizami Məmmədov (100 kq) bürünc medala sahib çıxıb.
M4 yaş kateqoriyasında Emil Hüseynov qızıl (100 kq) Əli Əlibəyli (73 kq) isə bürünc mükafata yiyələnib.
Qeyd edək ki, daha əvvəl Fərhad Rəcəbli (90 kq) qızıl, Nazim Əliyev (90 kq) və Vahid Azərpur (66 kq) bürünc medal qazanıb.