Azərbaycanın daha bir atleti Nazim Babayev İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında çıxış edib.
Prosport.Az xəbər verir ki, uzunluğa tullanma növündə yarışan 26 yaşlı idmançı təsnifat mərhələsində 6.92 metr nəticə göstərib və sonuncu olub.
Bu, Nazim Babayevin finala vəsiqə qazanmasına kifayət etməyib. Daha əvvəl 3 təkanla tullanmada Yekaterina Sarıyeva 12.93 metr nəticə ilə təsnifat mərhələsində mübarizəni dayandırmışdı.
Qeyd edək ki, Avropa çempionatı iyunun 12-də başa çatacaq. Azərbaycan təmsilçilərindən Anna Skidan (çəkic atma) və Aleksis Kopelyo (3 təkanla tullanma) sabah çıxış edəcək.

