Azərbaycan yığması Xorvatiyanın Osiyek şəhərində keçirilən 25/50 metr məsafəyə güllə atıcılığı üzrə Avropa çempionatında növbəti medalı qazanıb.
Prosport.Az xəbər verir ki, Ruslan Lunyov fəxri kürsüdə yer alıb.
O, 25 metr məsafəyə iriçaplı tapançadan atəş açmada 2-ci yeri tutub. Bu onun çempionatda 2-ci medalı olub.
Qeyd edək ki, Ruslan Lunyov 25 metr məsafəyə standart tapançadan atəşaçmada 3-cü yeri tutub.

