16-18 iyunda Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə "Böyük Dəbilqə" turniri keçiriləcək.
Prosport.Az xəbər verir ki, yarışda Azərbaycanın 16 cüdoçusu mübarizə aparacaq. Onlardan 12-si kişi, 4-ü qadındır. Bu dəfə heyətdə nizam-intizamla bağlı millidən çıxarılmış Kəramət Hüseynov da var.
Beləliklə, Astanada kişilərdə Kənan İsmayılov, Nazir Talıbov (hər ikisi 60 kq), Kəramət Hüseynov, Kamran Süleymanov (hər ikisi 66 kq), Telman Vəliyev, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Məhərrəm İmamverdiyev, Zelim Tçkayev (hər ikisi 81 kq), Vüqar Talıbov (90 kq), Aslan Mirzəyev (100 kq), Uşanqi Kokauri, Camal Həmzətxanov (hər ikisi +100 kq), qadınlarda Leyla Əliyeva, Ramilə Əliyeva (hər ikisi 48 kq), Aydan Vəliyeva və Gültac Məmmədəliyeva (hər ikisi 52 kq) mübarizə aparacaq.
Qeyd edək ki, Qazaxıstan Barısı adlanan "Böyük Dəbilqə" turnirində ümumilikdə 46 ölkədən 316 idmançının iştirakı gözlənilir.

