Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Minifutbol
    "Qapıçımız yox idi, ona görə mən dayanmalıydım" – Hüseyn Axundov
    29.05.2024 19:04:03

    II Liqada "Baku Sportinq" klubu ilə çempion olmuş futbolçu Hüseyn Axundovun Prosport.Az saytına müsahibəsi

    – Mövsümün ortasında "Baku Sportinq"ə transfer olundunuz. Gəlişinizdə komandanın I Liqaya iddiası nə dərəcədə rol oynadı?
    – Komanda yeni yığılanda da baş məşqçi Elman Sultanov tərəfindən mənə təklif gəlmişdi. Sadəcə, bəzi səbəblərdən komandaya qoşula bilmədim. Mövsümə "Füzuli" komandası ilə başladım. Ancaq qış fasiləsində "Baku Sportinq"dən gələn təklifi dəyərləndirdim. Təbii ki, hansı komandaya gəldiyimi, məqsədimizin nədən ibarət olduğunu bilirdim. Zatən mən gələndə komanda 1-ci yerdə idi. Komanda qış fasiləsinə, səhv etmirəmsə, 11 xal fərqlə yollanmışdı. Şükür Allaha, çempion olub I Liqaya vəsiqə qazandıq.

    – Komandada qalmağı planlaşdırırsınız?
    – Müqaviləm artıq başa çatıb. Ancaq hələ klubla bu barədə söhbətimiz olmayıb. Bu barədə klub rəhbərliyi və məşqçilər qərar verəcək. Ona görə də qalıb-qalmayacağımla bağlı dəqiq söz deyə bilmərəm.

    – Minifutbol çempionatında "Odlar Yurdu" komandası ilə medalları son anda itirdiniz, bu dəfə qızıl medal qazandınız. Ümumiyyətlə, böyük futbol və minifutbolda birgə olmaq necə hisslərdir?
    – Nə qədər minifutbol olsa da, böyük futbolun yerini, təbii ki, vermir. Burada da məşqlər elə idi ki, bizim o biri işlərimizə mane olmurdu. Qeyd etdiyiniz kimi, orada 3-cü yeri əldən versək də, burada qazandığım qızıl medal daha yaxşıdır (gülür).

    – 3-cü yer uğrunda matçda "Real Bakı" komandasının kapitanı Cəmşid Məhərrəmov idi. "Rəvan"da komanda yoldaşı idiniz, burada rəqib...
    – Ümumiyyətlə, o çempionatda hər komandanın tərkibində sabiq peşəkar futbolçuları görmək olar. Vaxtı ilə komanda yoldaşı olsaq da, həmin matçda rəqib idik. Mənim tək Cəmşidlə yox, digər futbolçularla da münasibətlərim həmişə normal olub. Hazırda minifutbola böyük futboldan axın çoxdur. Bu da çempionatın baxımlılığını artırır.

    – "Real Bakı" ilə oyunda qapıçı kimi çıxış etdiniz. Belə ilk təcrübəniz idi?
    – Qapıçımız yox idi. Biri zədəli idi, digərinin də II Liqada oyunu vardı. Mən də o matçda çərçivədə yox, futzaldakı kimi oynayan qapıçı kimi çıxış etməliydim. Təbii ki, mən qapıçı deyiləm. Ola bilsin ki, buraxdığım 3 qolda səhvim olsun. Ancaq bacardığım qədər komandaya kömək etməyə çalışdım.

    Səbuhi Musa

    Futbol

    "Neftçi"nin sabiq prezidenti Macarıstana gedir

    20.10.2026 12:52:52
    Akademiya

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27
    Futbol

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39
    Futbol

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00
    Futbol

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18
    Futbol

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi"nin sabiq prezidenti Macarıstana gedir

    20.10.2026 12:52:52

    Rəşad Nəbiyev dünya çempionatında iştirak edən cüdoçularla görüşdü

    20.10.2026 12:16:58

    "Sabah"ın gəncləri ilk xal axtarışında

    20.10.2026 11:16:27

    U-15 dünya çempionatının ilk iştirakçısı Bakıya gəldi - FOTOLAR

    20.10.2026 10:56:39

    "Turan" Çempionlar Liqasında mübarizəyə başlayır

    20.10.2026 10:24:06

    Çempionlar Liqası: "Sabah" Almaniya nəhənginə qarşı

    20.10.2026 10:00:00

    Millimizin üzvü Azərbaycana qayıtmaq istəyir

    19.10.2026 23:54:18

    Toral Bayramov oynadı, "Bursaspor" liderlə xaı fərqini azaltdı

    19.10.2026 23:17:23

    Azərbaycanın 2 taekvondçusu Qətərdə döyüşəcək

    19.10.2026 22:41:13

    "Rəqib bizim səhvlərimizdən 18 xal qazandı" - Tahir Baxşıyev

    19.10.2026 22:15:29

    "2-ci hissədə yaxşı oynamadıq" - "Sabah"ın baş məşqçisi

    19.10.2026 21:40:31

    Azərbaycanı Avropa çempionatında 17 cüdoçu təmsil edəcək - ADLAR

    19.10.2026 21:12:30

    Gəncədə qaliblər müəyyənləşdi

    19.10.2026 20:51:33

    "Sabah" bu dəfə də qalib gəldi

    19.10.2026 20:47:19

    Akim Zedadka: "Oyundan zövq almaq istəyirik"

    19.10.2026 20:38:42
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved