Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    Rəşad Nəbiyev dünya çempionları ilə görüşdü – FOTO
    27.05.2024 17:58:32

    Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev kişilərdən ibarət milli komandanın məşqçiləri, tibb və dəstək heyəti, həmçinin idmançıları ilə görüşüb.

    Prosport.Az xəbər verir ki, o, komandanı, xüsusilə Hidayət Heydərov və Zəlim Kotsoyevi Əbu-Dabidə keçirilən dünya çempionatında qazandıqları qızıl medallar münasibətilə təbrik edib.

    ACF prezidenti mundialda 2 qızıl medalın əldə edilməsinin tarixi nailiyyət olduğunu vurğulayıb. Bu əlamətdar nəticənin qazanılmasında ölkə rəhbərliyinin, Prezident İlham Əliyevin idman sahəsində həyata keçirdiyi siyasətin və idmançılara göstərdiyi diqqət və qayğının əsas və önəmli rol oynadığını qeyd edib. Həmçinin bildirib ki, ölkə rəhbərliyinin hər iki idmançımızı təbrik etməsi onları Yay Olimpiya Oyunlarında və digər yarışlarda yeni qələbələrə ruhlandırıb.

    R.Nəbiyev bu əlamətdar nəticələrin əldə edilməsində əməyi olan hər kəsə minnətdarlığını bildirib. Onun sözlərinə görə, federasiyanın fəaliyyəti təkcə medal qazanmağa nail olmaq deyil, həm də cəmiyyətə müsbət və faydalı mesajların çatdırılmasına yönəlib. Bunun nümunəsi olaraq o, federasiyanın təşəbbüsü ilə həyata keçirilən “Qızlara Ağ Yaraşır”, “Söz verirəm”, “Doğru yol budur” kimi müxtəlif kampaniyaları xatırladıb. Bu təşəbbüslər uşaqlar, yeniyetmələr və gənclər arasında sağlam həyat tərzinin aşılanması, cəmiyyət üçün layiqli və sağlam nəslin yetişməsinə töhfə vermək məqsədi daşıyır.

    Görüş zamanı 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıqla bağlı məşqçilər korpusu ilə müzakirələr aparılıb. Bildirilib ki, Olimpiadaya yekun və intensiv hazırlıq prosesi çərçivəsində idmançılar Quba, Poreç (Xorvatiya), Bakı, daha sonra isə Benidormda (İspaniya) təlim-məşq toplanışında iştirak edəcək. Məlumat verilib ki, bu düşərgələr idmançıların bacarıqlarını və ümumi performansını artırmaq, onların Yay Olimpiya Oyunlarında ən yüksək hazırlıq səviyyəsində olmalarını təmin etmək üçün nəzərdə tutulub.

    Rəşad Nəbiyev yekunda qarşıdan gələn Paris-2024 Yay Olimpiya Oyunlarında milli komandaya uğurlar arzu edib və Azərbaycan cüdoçularının qaliblər sırasında olacağına inandığını bildirib.

    Cüdo

    Cüdoçularımız Asiya Açıq Turnirinə 8 medalla başladılar

    17.10.2026 20:40:29
    Digər idman növləri

    Prezident 4 idmançını təltif etdi - ADLAR

    16.10.2026 14:41:34
    Cüdo

    Cüdo millimizin Asiya Açıq Turniri üçün heyəti bilindi

    15.10.2026 16:45:28
    Cüdo

    ABŞ səfirliyi cüdo millimizi təbrik etdi

    13.10.2026 18:48:47
    Cüdo

    Marius Vizerdən Azərbaycana dünya çempionatı təşəkkürü

    13.10.2026 17:51:33
    Cüdo

    Cüdo üzrə Bakı mundialı daha bir tarixi nəticə ilə yadda qalıb

    13.10.2026 16:09:39
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Turan Tovuz" 50-ci dəfə uduzdu

    19.10.2026 11:45:11

    Aleksey Kaşşuk yenidən yığma məşqçilərinin diqqət mərkəzində

    19.10.2026 11:08:30

    Premyer Liqada mövsümün tamaşaçı rekordu qeydə alındı

    19.10.2026 10:49:36

    2 idmançımız zədələndi, millimiz yarımfinal görüşünə çıxa bilmədi

    19.10.2026 10:26:41

    "Sabah”la görüşdə eyni səhvləri təkrarlamamalıyıq" - "Borussiya"nın idman direktoru

    19.10.2026 10:00:14

    "Qalatasaray"ın keçmiş prezidenti Bakıya gəlir

    18.10.2026 23:17:21

    "Oyunçular hətta onlardan nə tələb etdiyimi tam anlamır" – "Sumqayıt"ın baş məşqçisi

    18.10.2026 23:03:25

    Karateçilərimiz dünya çempionatını 5 medalla başa vurdular

    18.10.2026 22:59:47

    "Müdafiədə etibarlı oynadıq" - Konstantinos Vasiliadis

    18.10.2026 22:42:10

    "O, dünyada ən ucuz və ən keyfiyyətli legionerdir" – Azər Məmmədov

    18.10.2026 21:38:45

    "Məğlub olsaydıq belə, buradan mənfi enerji ilə ayrılmayacaqdım" – Rəşad Sadıqov

    18.10.2026 21:35:23

    Gəncədə "qonşu"ların dueli sülhlə bitdi - VİDEO

    18.10.2026 20:31:10

    "Neftçi"dən rahat qələbə

    18.10.2026 20:20:39

    Naxçıvan klubunun baş məşqçisi: "Sabah"la oyun da çətin olacaq"

    18.10.2026 19:45:56

    "Toparlanmalıyıq..." - Gəncə klubunun məşqçisi

    18.10.2026 19:11:07
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved