Yaponiyanın Kobe şəhərində təşkil edilmiş dünya çempionatında 2 qızıl medal qazanmış Azərbaycan paraatleti Lamiyə Vəliyeva tarixi nəticəyə imza atıb.
Prosport.Az xəbər verir ki, 4-cü dəfə dünya çempionu olan Vəliyeva Azərbaycanın paralimpiya tarixində bu titul sayına çatan ilk idmançı olub.
22 yaşlı paraatlet, həmçinin bu göstərici ilə Azərbaycanın müstəqillik illərində Olimpiya və Paralimpiya Oyunlarında iştirak etmiş idmançılar arasında Rafael Ağayevdən (karate üzrə beşqat dünya çempionu) sonra 3 dəfədən çox dünya çempionu olan növbəti idmançı adına yiyələnib.

