"Bu turnir milli atüstü oyunlarımızın inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir".
Prosport.Az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev Peşəkar Çövkən Liqasının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu yarış növbəti illərdə 10 deyil, ölkənin müxtəlif regionlarından daha çox komandanın iştirakı ilə təşkil olunacaq: "İzləyicilərin sayının artırılması üçün də müəyyən addımlar atırıq. Azarkeşlərin kütləviliyini təmin etmək məqsədilə yarışlara giriş pulsuzdur. İctimaiyyəti daim turnirin gedişatı ilə bağlı məlumatlandıracağıq. Dekabrın 3-4-də liqanın son tur oyunları keçiriləcək. İstəyirik ki, bağlanış mərasimində daha möhtəşəm şoular nümayiş olunsun. Liqanın çempionunu da bu tədbirdə mükafatlandıracağıq. Həmçinin, bağlanış mərasimində əcnəbi qonaqların dəvət olunması da gözlənilir".

