Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Bakıda keçiriləcək ilk rəsmi dünya çempionatının 5 iştirakçısı bilindi
    20.05.2024 13:55:43

    "Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatında iştirakı dəqiqləşmiş ölkələr Azərbaycan, Polşa, Türkiyə, Nigeriya və Mərakeşdir. Lakin biz Argentina, Avstraliya, ABŞ və Almaniyadan da iştirak üçün müsbət cavab gözləyirik. Qeyd etdiyim bu ölkələr Beynəlxalq Çövkən Federasiyasına üzv ölkələrdir".

    Bunu Prosport.Az-a Beynəlxalq Çövkən Federasiyasının prezidenti Bəhruz Nəbiyev bildirib.

    O, 10-16 iyunda Bakıda 8 komandanın iştirakı ilə keçiriləcək ilk rəsmi çövkən üzrə dünya çempionatında yeni qaydaların komandalara təqdim olunacağını qeyd edib: "Bu ölkələr əvvəllər də polo üzrə yarışlarda iştirak etdiklərindən, onlar üçün çövkən üzrə dünya çempionatında mübarizə aparmaq problem olmayacaq. Çünki polo ilə çövkənin fəlsəfi eynidir, sadəcə olaraq, qaydalarda fərqlilik var. Biz dünya çempionatının ilk günü – 10 iyunda səhər çövkənin yeni qaydalarını komandalara təqdim edəcəyik. Günortadan sonra başlayacaq yarış da məhz bu qaydalar əsasında keçiriləcək".

    Bəhruz Nəbiyev çövkənin ilk beynəlxalq mötəbər yarışına qitə yox, dünya çempionatı səviyyəsində start verilməsinin səbəbini də açıqlayıb: "Yarış ilk dəfə Avropa yox, dünya çempionatı şəklində ona görə keçirilir ki, hər qitədə çox komanda yoxdur. Bu səbəbdən üzv olan 21 ölkə içərisindən dünya çempionatı təşkil olunacaq. Ancaq reqlamentə görə, dünya və qitə çempionatları hər 2 ildən bir keçiriləcək".

    Qeyd edək ki, ötən ilin noyabrında Bakıda çövkən üzrə dünya çempionatı keçirilsə də, ilk rəsmi yarış builki sayılacaq. Çünki məhz bu il fevralın 1-də Beynəlxalq Çövkən Federasiyası təsis olunub. Azərbaycan Respublikası Atçılıq Federasiyasının baş katibi Bəhruz Nəbiyev həmin qurumun prezidenti seçilib. Polşalı Matsey Olbrix isə baş katib təyin olunub.  

    Səbuhi Musa

    Digər idman növləri

    "Azərbaycan Paralimpiya Hərəkatının inkişafında mühüm nümunədir" - Endrü Parson

    19.10.2026 16:10:30
    Digər idman növləri

    Yığmamız Avropa birinciliyini 9 medalla tamamladı

    19.10.2026 15:36:35
    Digər idman növləri

    2 idmançımız zədələndi, millimiz yarımfinal görüşünə çıxa bilmədi

    19.10.2026 10:26:41
    Digər idman növləri

    Millimiz Polşada toplanış keçəcək

    18.10.2026 16:04:47
    Digər idman növləri

    Azərbaycan çempionatında mövsümə yekun vuruldu

    17.10.2026 19:11:16
    Digər idman növləri

    Bakıdakı dünya çempionatında həvəskar sumo qaydaları əsas götürüləcək

    17.10.2026 16:03:30
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Sabah" - "Barselona" matçının biletləri satışda

    19.10.2026 18:40:16

    Şəmkirdə qalib müəyyənləşmədi

    19.10.2026 18:14:53

    AFFA nümayəndəsi Qazaxıstan - Belarus oyununda

    19.10.2026 17:53:31

    Tovuz Çempionlar Liqasına hazırdır

    19.10.2026 17:18:25

    Yığmamız dünya çempionatını ilk "10-luq"da başa vurdu

    19.10.2026 16:53:58

    "Azərbaycan Paralimpiya Hərəkatının inkişafında mühüm nümunədir" - Endrü Parson

    19.10.2026 16:10:30

    Yığmamız Avropa birinciliyini 9 medalla tamamladı

    19.10.2026 15:36:35

    Mahir Emreli yenə baş məşqçisiz qaldı

    19.10.2026 15:13:27

    "Gözləntilərimizi doğrultmayan məşqçilərlə yollarımızı ayıracağıq" - "Qarabağ"ın baş direktoru

    19.10.2026 14:35:29

    Sabiq "Qarabağ"lıdan 1 qol, 2 assist - VİDEO

    19.10.2026 14:17:00

    Asif Məmmədov son 18 mövsümün rekordunu yenilədi

    19.10.2026 13:42:22

    "Məqsədimiz təkcə futbolçu yetişdirmək deyil" - Əmrah Çəlikəl

    19.10.2026 13:19:04

    "Borussiya" Bakıya bu futbolçularla gəlir - ADLAR

    19.10.2026 12:43:08

    "Sabah"da Bundesliqanın bəzi futbolçularından daha çox qazanıram" - Coy-Lens Mikels

    19.10.2026 12:25:51

    "Turan Tovuz" 50-ci dəfə uduzdu

    19.10.2026 11:45:11
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved