"Aston Martin" pilotu Fernando Alonso Ferrari markalı avtomobilini satışa çıxarmaq qərarına gəlib.
Prosport.Az xəbər verir ki, ikiqat dünya çempionu cəmi 4800 kilometr getmiş maşınını iyunun 8-də hərraca çıxaracaq. Bu tədbir Monakodakı avtomobil hərracında olacaq.
“Ferrari”nin bu modeli 2002-ci ildə ilk dəfə satışa çıxarılıb və 2004-cü ilə qədər istehsal olunub. Maşının mühərriki 660 at gücünə malikdi və 12 silindirlidi. 100 kilometr sürəti 3,65 saniyəyə yığır, maksimum sürəti 350 km/saatdı. Maşının neçəyə satılacağı hələ ki bilinmir.
