Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    Rəşad Rəsullu Kokaurinin dünya çempionatına aparılmamasının səbəbini açıqladı
    18.05.2024 11:17:25

    "Kamran Süleymanov və Vüqar Talıbov bu dünya çempionatında debüt edəcək".

    Bu sözləri Prosport.Az saytına açıqlamasında Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu sabah Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə start götürəcək dünya çempionatı barədə danışarkən deyib.

    O bildirib ki, Kamranın yarışa aparılması onun bu ay Qazaxıstandakı "Böyük Dəbilqə" turnirində 3-cü yeri tutması ilə əlaqəli deyil: "O, ötən il Avstriya Qran-prisində gümüş, bu ilin yanvarında Portuqaliya Qran-prisində bürünc medal qazanmışdı. Düzdür, Qazaxıstanda 3-cü yer uğrunda Ruslan Paşayevə qalib gəlməsi onun şansını müəyyən qədər artırdı. Ancaq onun heyətə daxil edilməsinin +100 kq-da Uşanqi Kokaurinin yarışa aparılmaması ilə birbaşa əlaqəsi var. Məşqçilər heyəti bu çəkidə idmançımızın performansının yaxşı olmaması səbəbindən Kokaurini aparmamaq qərarı verdi. Bu səbəbdən də bizdə 1 boş yer qaldı (maksimum 9 idmançı mübarizə apara bilər – red.). Həmin yer üçün 66 kq-da Kamrana şans vermək qərarı verildi. Təbii ki, 73 kq-da Rəşid Məmmədəliyevə də şans vermək olardı. Ancaq təəssüf ki, o, Qazaxıstanda ilk görüşdə ayağı burxularaq zədələndi, hazırda müalicə alır. Uşanqinin aparılmama səbəbini açıqladım. Həm də o Olimpiya Oyunlarına lisenziyanı təmin edib. Digər idmançıların onu keçməsi qeyri-mümkündür. Qadınlarda 52 kq-da Aydan Vəliyeva və Gültac Məmmədəliyevanın bu ay Düşənbə "Böyük Dəbilqə" yarışında zədələnməsi bu çəkidə idmançımızın dünya çempionatında olmamasına gətirib çıxardı".

    Federasiya rəsmisi medal sayı ilə bağlı proqnoz vermək istəməyib: "Amma 11 idmançımızdan da medal gözləyirik".

    Rəsullunun sözlərinə görə, icraçı vitse-prezident seçilsə də, baş katib vəzifəsini icra etməkdə davam edir: "Yaxın zamanda da baş katib vəzifəsinə yeni təyinatın olacağı gözlənilmir".

    Qeyd edək ki, dünya çempionatı mayın 19-23-də təşkil olunacaq. Turnirdə 100-dən çox ölkədən 700-ə yaxın idmançı mübarizə aparacaq.

    Cüdo

    Bakı cüdo üzrə beynəlxalq turnirə ev sahibliyi edəcək

    20.07.2026 13:18:34
    Cüdo

    Federasiya prezidenti Qusarda millimizin üzvləri ilə görüşdü – FOTOLAR

    19.07.2026 13:45:15
    Cüdo

    Hidayət Heydərov çəkisini sala bilmədiyi üçün cəzalandırılıb

    16.07.2026 13:20:38
    Cüdo

    Erməni cüdoçular Bakıya gələ bilər

    16.07.2026 13:00:54
    Cüdo

    Bakıdakı dünya çempionatına nə qədər bilet satılıb?

    16.07.2026 12:49:29
    Cüdo

    Bakıda dünya çempionu olan idmançı 20 min mükafat alacaq

    16.07.2026 12:31:33
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "2:0-dan sonra çox arxayın oynadıq" – Emin Mahmudov

    23.07.2026 01:24:24

    "Mənim Bakı ilə bağlı xüsusi prinsipiallığım yoxdur" - "Neftçi"yə iki qol vuran erməniəsilli futbolçu

    23.07.2026 00:47:31

    "Qarabağ"ın oyun üslubunu yaxşı tanıyırıq" - MOİK-in futbolçusu

    22.07.2026 23:47:03

    “Qarabağ”a qarşı ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq" - Xristo Yanev

    22.07.2026 23:13:43

    "Mərhələni keçə bilərik" – Yuri Vernidub

    22.07.2026 22:41:39

    "Super üstünlüyümüz yoxdur" – "Dinamo"nun baş məşqçisi

    22.07.2026 22:15:13

    "Neftçi" Konfrans Liqasına ev məğlubiyyəti ilə başladı - VİDEO

    22.07.2026 21:59:20

    "Kəpəz" Abubakarı heyətinə qatdı

    22.07.2026 21:16:38

    "Neftçi" - "Dinamo" – Heyətlər

    22.07.2026 19:10:27

    UEFA Babək Quliyevi Bolqarıstana göndərir

    22.07.2026 18:46:32

    "Bu, hər futbolçunun başına gələ bilər" – Qurban Qurbanov

    22.07.2026 18:17:41

    "Şəfa"da qvineyalı vinger - FOTOLAR

    22.07.2026 17:40:02

    "Bu, mənim üçün ağır imtahandır, amma qorxmuram"  - Hacı Əliyev

    22.07.2026 17:10:58

    Varqas istirahətdən "Neftçi"yə belə qayıtdı - FOTOLAR+VİDEO

    22.07.2026 16:39:48

    "Neftçi" və "Qarabağ"a görə dəyişiklik

    22.07.2026 16:14:19
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved