Serbiyanın paytaxtı Belqradda taekvondo üzrə Avropa çempionatına yekun vurulub.
Prosport.Az xəbər verir ki, Azərbaycan millisi yarışı 2 medalla bitirib.
Komandamızın heyətində Həşim Məhəmmədovdan (58 kq) sonra Cavad Ağayev (74 kq) də Avropa çempionatının yarımfinalında uduzaraq bürünc medalla kifayətlənib. O, yarımfinalda dünya çempionu Daniel Kezadaya (İspaniya) uduzub.
Bununla da Azərbaycan bu yarışı 17-ci sırada bitirib. Xorvatiya 1-ci (3-0-4), Türkiyə 2-ci (2-5-1) və Böyük Britaniya 3-cü (2-2-2) olub.

