Azərbaycanın daha 2 cüdoçusu Qazaxıstanın paytaxtı Astanada keçirilən "Böyük Dəbilqə" yarşışında bürünc medal qazanıb.
Prosport.Az xəbər verir ki, Elcan Hacıyev və Vüqar Talıbov (hər ikisi 90 kq) 3-cü yerə sahib çıxıb.
Onlar müvafiq olaraq Eldar Allahverdiyevi (AIN) və Nemanya Maydovu (Serbiya) məğlub edib.
Beləliklə, millimiz turniri 3 bürünc mükafatla başa vurub.
Qeyd edək ki, daha əvvəl Kamran Süleymanov (66 kq) bürünc medala sahib çıxıb. Azərbaycan turnirdə 15 (12 kişi, 3 qadın) idmançı ilə təmsil olunub.