Azərbaycan Tennis Federasiyasında daha bir vitse-prezident təyinatı reallaşıb.
Prosport.Az-ın xəbərinə görə, bunadək sadəcə Tennis Federasiyasının İcraiyyə Komitəsi üzvü olan Mehman Qocayev vitse-prezident təyin olunub.
Bu yerdə xatırladaq ki, 2004-cü ildən federasiyanın prezidenti Milli Məclisin sabiq sədri, hazırda millət vəkili olan Oqtay Əsədovdur. Mehman Qocayev isə onun qudası Alı Qocayevin (2004-2015-ci illərdə Binəqədi rayonunun 2012-2023-cü illərdə Samux rayonunun İcra Hakimiyyətinin başçısı olub – red.) oğludur. M.Qocayev əvvəllər DİN-nin İqtisadi Cinayyətkarlığa qarşı mübarizə idarəsində işləyib, Baş prokuror Kamran Əliyevin müavini olub. Onun atası və özünün adı mediada dövlət işində işləyərkən bir neçə biznes fəaliyyəti ilə məşğul olmaqda hallandırılıb.
Qeyd edək ki, Tennis Federasiyasının digər vitse-prezidenti sabiq energetika nazirinin müavini, mühəndis olan 74 yaşlı Gülməmməd Cavadovdur.

