Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
Banner
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Azərbaycanın kişi bodibildinq komandası İspaniyada tarix yazıb 1-ci oldu – ADLAR
    7.05.2024 14:20:58

    1-6 may tarixlərində İspaniyanın Kataloniya muxtar regionunun Santa Suzana adlı bölgəsində keçirilən fitnes və bodibildinq üzrə Avropa çempionatında Azərbaycan idmançıları tarixi ilkə imza atıb.

    Prosport.Az-ın xəbərinə görə, kişilər, qadınlar, gənclər və veteranlar (master) kateqoriyalarında yarışan Azərbaycan idmançıları 26 medal qazanıb. Bunun 11-i qızıl, 9-u gümüş və 6-sı bürünc medal olub.

    Bunlardan 22 yaşlı Əli Həsən hamıdan çox – 3 medal qazanıb. O həm böyüklər, həm də gənclər kateqoriyasında yarışıb. Fariz Nəcəfli, Əli Qurbanlı, Rauf Əliyev, Pərviz Qasımov və Aşur Abdullayev hərəyə 2 medal qazanıb. Həmçinin, bu yarışda məşhurlardan Çaqayev kimi artıq dünyada tanınan fitnes məşqçisi Emin Babayev, komediya seriallarında minirollarda çıxış etmiş Şükran Soltanov, eləcə də "İdman" telekanalının aparıcısı Fuad Quluzadə də bürünc medala yiyələnib. Yeri gəlmişkən, kişilərin muskular fizik (179 sm boy) yarışında ilk 3 sıranı azərbaycanlı idmançılar tutub ki, bu da nadir rast gəlinən haldır. 

    Qızıl medalçılar: Seymur Əliyev (klassik bodibildinq, 180 sm), Fariz Nəcəfli (fizik, 170 sm + fizik/overoll), Əli Qurbanlı (fizik, 182 sm), Rauf Əliyev (muskular fizik, 179 sm + muskular fizik/overoll), Pərviz Qasımov (bodibildinq, +95 kq + bodibildinq/overoll), Aşur Abdullayev (fizik, 18-20 yaşlı gənclər arasında, open + fizik, gənclər arasında/overoll), Əli Həsən (fizik, 21-23 yaşlı gənclər arasında, +174 sm)

    Gümüş medalçılar: Seymur Əliyev (klassik bodibildinq/overoll), Əli Həsən (fizik, 176 sm + fizik, gənclər arasında/overoll), Təbriz Tarverdiyev (fizik, 179 sm), Əli Qurbanlı (fizik/overoll), Kamil Əliyev (muskular fizik, 179 sm), Xızrı Şəhriyar (klassik fizik, 180 sm), Seymur Sadıqov (bodibildinq, 75 kq), Teymur Aslanov (bodibildinq, 40-44 yaşlı veteranlar arasında, 80 kq) 

    Bürünc medalçılar: Emin Babayev (muskular fizik, 179 sm), Şükran Soltanov (muskular fizik, +179 sm), Ərtoğrul Sadıxlı (bodibildinq, 80 kq), Fuad Quluzadə (bodibildinq, 95 kq), Fərhad Quliyev (bodibildinq, 45-49 yaşlı veteranlar arasında, 80 kq), Vüqar Verdiyev (bodibildinq, 45-49 yaşlı veteranlar arasında, 90 kq).

    Qeyd edək ki, 28 ölkənin idmançılarının mübarizə apardığı Avropa çempionatında kişilərin komanda yarışında Azərbaycan 154 xalla 1-ci, Türkiyə 127 xalla 2-ci və Rumıniya 119 xalla 3-cü yeri tutub. Qadınların yarışında Azərbaycan 4 xalla sonuncu – 27-ci olub. Gənclərdə Azərbaycan 32 xalla 11-ci, veteranlarda 37 xalla 15-ci yerdə qərarlaşıb.

    Səbuhi Musa

    Digər idman növləri

    Balıqçılarımız gümüş medal qazanıblar - FOTO

    19.10.2026 19:46:24
    Digər idman növləri

    "Azərbaycan Paralimpiya Hərəkatının inkişafında mühüm nümunədir" - Endrü Parson

    19.10.2026 16:10:30
    Digər idman növləri

    Yığmamız Avropa birinciliyini 9 medalla tamamladı

    19.10.2026 15:36:35
    Digər idman növləri

    2 idmançımız zədələndi, millimiz yarımfinal görüşünə çıxa bilmədi

    19.10.2026 10:26:41
    Digər idman növləri

    Millimiz Polşada toplanış keçəcək

    18.10.2026 16:04:47
    Digər idman növləri

    Azərbaycan çempionatında mövsümə yekun vuruldu

    17.10.2026 19:11:16
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Aşkar favorit sayılırıq" - Niko Kovaç

    19.10.2026 20:08:37

    Balıqçılarımız gümüş medal qazanıblar - FOTO

    19.10.2026 19:46:24

    "Qadın voleybolu daha zərif və baxımlı görünür” - "Turan"ın prezidenti

    19.10.2026 19:23:10

    "Sabah" - "Barselona" matçının biletləri satışda

    19.10.2026 18:40:16

    Şəmkirdə qalib müəyyənləşmədi

    19.10.2026 18:14:53

    AFFA nümayəndəsi Qazaxıstan - Belarus oyununda

    19.10.2026 17:53:31

    Tovuz Çempionlar Liqasına hazırdır

    19.10.2026 17:18:25

    Yığmamız dünya çempionatını ilk "10-luq"da başa vurdu

    19.10.2026 16:53:58

    "Azərbaycan Paralimpiya Hərəkatının inkişafında mühüm nümunədir" - Endrü Parson

    19.10.2026 16:10:30

    Yığmamız Avropa birinciliyini 9 medalla tamamladı

    19.10.2026 15:36:35

    Mahir Emreli yenə baş məşqçisiz qaldı

    19.10.2026 15:13:27

    "Gözləntilərimizi doğrultmayan məşqçilərlə yollarımızı ayıracağıq" - "Qarabağ"ın baş direktoru

    19.10.2026 14:35:29

    Sabiq "Qarabağ"lıdan 1 qol, 2 assist - VİDEO

    19.10.2026 14:17:00

    Asif Məmmədov son 18 mövsümün rekordunu yenilədi

    19.10.2026 13:42:22

    "Məqsədimiz təkcə futbolçu yetişdirmək deyil" - Əmrah Çəlikəl

    19.10.2026 13:19:04
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved