Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Cüdo
    "Rusiya komandasının iştirakı ilə Göygöldəki yarışda rəqabət artdı" – Nicat Şıxəlizadə
    6.05.2024 21:22:54

    4-5 may tarixlərində Göygöldə keçirilmiş yeniyetmə cüdoçular arasında Avropa Kubokunda Azərbaycan 14 medal qazandı. Ümumilikdə, Azərbaycan yarışı 4 qızıl, 1 gümüş və 9 bürünc medalla başa vurmaqla ümumi hesabda 1-ci yeri tutdu. 

    Bu ilin martında Türkiyənin Antalya şəhərində (4-5-7), apreldə Almaniyanın paytaxtı Berlində (4-3-3) keçirilən Avropa Kuboku turnirlərində də ilk sıranı tutmuş millilərimizin uğurları xüsusən oğlan cüdoçuların payına düşür. Böyüklərdə dünya və Avropa mükafatçısı, gənclərdə dünya və Avropa çempionu, yeniyetmələrdə Avropa çempionu olmuş Nicat Şıxəlizadə hazırda bu titulları qazanmağın sirlərini millidə tələbələrinə öyrədir.

    Prosport.Az yeniyetmə oğlan cüdo millimizin 35 yaşlı məşqçisindən müsahibə götürüb.

    – 140 idmançı (95 oğlan və 45 qız) ilə təmsil olunduğumuz bu yarış barədə fikirlərinizi öyrənək. Ötən il olduğu kimi, Azərbaycan ümumi sıralamada 1-ci oldu...
    – Artıq 2-ci ildir ki, Göygöldə Avropa Kuboku keçirilir. Builki yarışın səviyyəsi və təşkilatçılıq daha yaxşı oldu. Bunu tək mən yox, Avropa Cüdo Birliyinin (EJU) rəsmiləri də deyir. Yarış bizim üçün yüksək səviyyədə keçdi. Oğlanlar arasında 4 qızıl, 1 gümüş və 5 bürünc medal qazandıq. Bu nəticə ilə komandamız 1-ci yerə çıxdı.

    – Hansısa idmançının qazandığı medal sizin üçün gözlənilməz oldu?
    – Sözün düzü, hansı idmançılardan medal gözləyirdiksə, onlar etimadı doğrultdu. Ümidlərimizi doğrultmayan olmadı. 50, 55, 81 və +90 kq çəki dərəcələrində qızıl medal qazandıq. Biz bu il bir neçə Avropa Kuboku turnirlərində (Antalya, Berlin, Telavi) iştirak etsək də, Rusiya idmançıları ilə qarşılaşmamışdıq. Yaxşı oldu ki, Rusiya komandası da Göygöldə iştirak edirdi. Onların iştirakı ilə yarışın səviyyəsi və rəqabət artdı. Fransa və Gürcüstan da əsas heyətləri ilə bu yarışa qatılmışdı.

    – Azərbaycandan sonra Rusiya və Belarus Fərdi Neytral Atletlər adı altında 41 cüdoçu (23 oğlan və 18 qız) ilə təmsil olunan ən böyük heyət idi...
    – Bəli. Rusiya 2 ildən sonra ilk dəfə idi ki, yeniyetmələr arasında yarışda iştirak edirdi. Ona görə də Azərbaycana əsas heyətini göndərmişdi. Onları bundan sonrakı yarışlarda görə bilərik. Əgər Azərbaycanda iştirak etdilərsə, Avropa çempionatında da yarışa bilərlər.

    – Ümumiyyətlə, ötən ildən etibarən yeniyetmə cüdo millimiz beynəlxalq turnirlərdə uğurlu çıxış edir. Avropada bu uğurunuz necə qarşılanır?
    – Ötən il Portuqaliyanın Odivelaş şəhərində keçirilmiş Avropa çempionatında biz həm ümumi hesabda, həm də qarışıq komanda yarışında 1-ci olmuşduq. Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş dünya çempionatında da ümumi hesabda 1-ci, qarışıq komanda yarışında 2-ci yeri tutmuşduq. Bu da onu göstərir ki, komandada düzgün iş prosesi gedir, məşqçilər arasında düzgün anlaşma var. Federasiyanın diqqət və qayğısı da burada rol oynayır. Bu nəticələri qazanmaq üçün bizim üçün bütün şərait yaradılıb. Avropa Kuboku turnirlərindəki nəticələr qarşıdakı Avropa çempionatı üçün yüksək nəticənin siqnalıdır.

    – 27-30 iyun tarixlərində Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatına qədər bu ay Polşanın Belsko-Byava və Portuqaliyanın Kuimbra şəhərlərində Avropa Kuboku keçiriləcək. Bu yarışlarda iştirakınız nəzərdə tutulub?
    – Portuqaliyadakı yarışda iştirak edəcəyik. Lakin orada bütün heyətlə təmsil olunmayacağıq. Avropa çempionatına aparmaq üçün 2 çəki dərəcəsində idmançını müəyyənləşdirməliyik. Bu səbəbdən həmin çəki dərəcəsindəki idmançıları ora göndərəcəyik, onların son durumuna baxacağıq.

    – Göygöldə qızıl medal qazanan idmançıların Avropa çempionatına aparılacaq heyətdə yer alacağını demək olar?
    – Bəli, bəzi çəkilərdə artıq heyətimiz bəllidir. Amma yenə qeyd etdiyim kimi, müəyyən çəki dərəcələrində rəqabət olduğu üçün onların performansına Portuqaliyadakı Avropa Kubokunda baxacağıq. Orada özlərini yaxşı tərəfdən göstərən idmançı Avropa çempionatında Azərbaycanı təmsil etmək hüququ əldə edəcək. 

    – Dünya çempionatı 28 avqust - 1 sentyabr tarixlərində Perunun paytaxtı Limada keçiriləcək. Uzun səfər sizə necə təsir edə bilər?
    – Ola bilsin ki, bu yarışın yeri dəyişdirilsin. Əvvəlcə Türkmənistanın paytaxtı Aşqabadda keçirilməli idi, sonra təqvimdə Peruya dəyişdilər. Ancaq hələ Peruda olması da tam dəqiq deyil. Təbii ki, bizə də yarışın yaxın bölgədə – Avropa və ya Asiyada keçirilməsi sərf edir. Peru həm bizə uzaq ölkədir, həm də Azərbaycanla arada saat fərqi çoxdur.

    Səbuhi Musa

    Müsahibə

    Azərbaycan futbolunun inkişafı yalnız AFFA-nın məsuliyyəti deyil" - Edmond Klaus

    21.07.2026 12:22:50
    Futbol

    "Təşəbbüs Ehtiram müəllimdən gəldi" – Həsən Zeynalov "Turan Tovuz"dakı təyinatından danışdı

    19.07.2026 15:45:12
    Müsahibə

    "Mbappe 11 nəfəri keçdi və qol vurdu" - Toral Bayramov

    13.07.2026 10:03:23
    Müsahibə

    "Niyə Azərbaycanda da çempion olmayım?" - Yuri Vernidub

    11.07.2026 14:33:43
    Futbol

    "Bizi çətin oyun gözləyir" – Aydın Bayramov

    9.07.2026 14:23:55
    Futbol

    "Olimpiada futbol üzrə dünya çempionatından daha maraqlıdır" – "Neftçi"nin icraçı direktoru ilə MÜSAHİBƏ

    9.07.2026 09:00:29
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    İTV növbəti dünya çempionatını da yayımlayacaq

    21.07.2026 23:16:10

    "Beynim hazırda KuPS-a fokuslanıb" – Valdas Dambrauskas

    21.07.2026 22:50:23

    "Bu 2 faktor üstünlüyümüz ola bilər" – KuPS-un baş məşqçisi

    21.07.2026 22:22:32

    "Sabah" Finlandiya klubuna ilk oyunda qalib gəldi

    21.07.2026 21:58:40

    "Qarabağ"ın rəqibi Bakıda azarkeşsiz qalacaq

    21.07.2026 21:17:02

    "Oyundan əvvəl şanslar həmişə bərabər olur" "Dinamo"nun baş məşqçisi

    21.07.2026 20:41:10

    Ermənistan millisi Bakıya gəlir

    21.07.2026 20:22:08

    Jurnalistlər arasında ilk dəfə oxatma yarışı keçirilib - FOTOLAR

    21.07.2026 20:06:11

    "Neftçi" MPK ilə əməkdaşlığa başlayır - FOTOLAR

    21.07.2026 19:51:34

    BATE yeni transferini İçərişəhərdə təqdim etdi

    21.07.2026 19:13:40

    "Sabah" - KuPS: HEYƏTLƏR

    21.07.2026 18:51:42

    Azərbaycanda bu stadionun ot örtüyü yenilənir

    21.07.2026 18:12:30

    Azərbaycan yığmasının üzvü Tovuz klubuna keçdi

    21.07.2026 17:48:42

    Millimiz seçmə mərhələyə Çexiya səfərində start verəcək

    21.07.2026 17:12:02

    "Göztəpə"nin sabiq futbolçusu "Zirə"də

    21.07.2026 16:46:17
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved