Qadın basketbolçularımızın təlim-məş toplanışı davam edir.
Prosport.Az xəbər verir ki, 3x3 basketol üzrə qadın yığma komandamız və "Neftçi"klubunun heyət üzvləri 1 iyun tarixindən etibarən Serbiyanın Novi Sad şəhərində hazırlıqlara başlayıb.
Serbiyalı mütəxəssislərin rəhbərlik etdiyi qadın basketbolçularımız gündə 2 dəfə olmaqla məşqlərdə iştirak edirlər. Hazırlıq prosesi 10 iyuna qədər davam edəcək.
Qeyd edk ki, təlim-məşq toplanışının əsas məqsədi 12-13 iyun tarixlərində Şuşa şəhərində baş tutacaq 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunlarına hazırlaşmaqdır.

