Azərbaycan cüdoçusu Tacikistanda keçirilən Qran Pri turnirinin sonuncu günündə daha bir medal qazanıb.
Prosport.Az xəbər verir ki, paytaxt Düşənbədə keçirilən yarışda 90 kq çəkidə yarışan Elcan Hacıyev həlledici görüşdə Cahangir Məmmədrəhimova (Özbəkistan) qalib gəlib.
Bununla da ikinci heyətlə yarışda təmsil olunan cüdo millimiz turniri 4 medalla başa vurub. Daha əvvəl Turan Bayramov (60 kq) və Gültac Məmmədəliyeva (52 kq) gümüş, Yaşar Nəcəfov (66 kq) isə bürünc medal qazanmışdı.

