Olimpiya mükafatçısı Rüstəm Orucov ötən həftə sonu Zaqrebdə Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə uşaqlar üçün keçirilən cüdo düşərgəsində iştirak edib.
Prosport.Az xəbər verir ki, düşərgəyə 30 ölkədən 1100-dən çox uşaq qatılıb.
Rüstəm Orucov iştirakçılarla tatamidə bilik və bacarıqlarını bölüşüb.

