Paraüzgüçümüz Roman Saley Portuqaliyanın Funşal şəhərində keçirilən Avropa Açıq çempionatının 4-cü günündə daha bir medalla mükafatlandırılıb.
Prosport.Az xəbər verir ki, Belarus əsilli paralimpiya çempionumuz 100 metr məsafəyə sərbəst üzmə üsulunda finalda finişə 3-cü çataraq bürünc medal qazanıb.
Qeyd edək ki, turnirin ilk günündə Roman Saley 100 metr məsafəyə arxası üstə üzmə üsulunda Avropa çempionu olub, 2-ci günündə eyni məsafəyə kəpənək üzmə üsulunda gümüş medal qazanıb. Milli komandamızın digər üzvü Vəli İsrafilov isə yarışın 3-cü günündə Avropa çempionu olaraq növbəti dəfə Madeyra adasında himnimizi səsləndirib.