Azərbaycan paraüzgüçüsü Roman Saley Portuqaliyanın Madeyra adasında keçirilən Avropa Açıq Çempionatında qızıl medal qazanıb.
Prosport.Az xəbər verir ki, Belarus əsilli paralimpiya çempionumuz yarışın ilk günündə 100 metr məsafəyə arxası üstə üzməkdə fərqlənib.
Roman Saley bu növdə finalda bütün rəqiblərini qabaqlayaraq finişə 1-ci çatıb.

