Skip to content
  • Haqqımızda
  • Əlaqə
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
prosport.az
prosport.az
  • Futbol
    • Futzal
    • Çimərlik futbolu
    • Minifutbol
  • Güləş
  • Cüdo
  • Top oyunları
    • Voleybol
    • Basketbol
    • Həndbol
  • Döyüş növləri
    • Boks
    • Taekvondo
    • Karate
    • Kikboksinq
    • MMA
  • Digər idman növləri
    • Formula-1
    • Stolüstü oyunlar
  • Multiidman yarışları
    • Olimpiya Oyunları
    • Paralimpiya Oyunları
    • Avropa Oyunları
    • Universitet Oyunları
    • Avropa Gənclər Olimpiya Festivalı
  • Akademiya
  • Müsahibə
  • Özəl xəbər
  • P.S.
    • Haqqımızda
    • Əlaqə
    prosport.az
    Komanda AZ
        Digər idman növləri
    Bakı dünyanın idman paytaxtı seçilə bilər
    21.04.2024 18:40:42

    Bakının 2026-cı il üçün dünyanın idman paytaxtı olması üçün namizədliyi irəli sürülüb.

    Prosport.Az xəbər verir ki, bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov Bakı şəhərinin dünyanın idman paytaxtına namizədliyi ilə bağlı keçirilən mətbuat konfransında deyib.

    O, Milli Gimnastika Arenasında keçirilən tədbirdə Azərbaycana gələn qonaqların Bakını gəzdiklərini və adət-ənənələrimizlə yaxından tanış olduqlarını bildirib: "Sevindirici haldır ki, Bakının dünyanın idman paytaxtı ilə bağlı namizədliyini irəli sürməsi müsbət qarşılanıb. Hətta bununla bağlı kitab dərc olunub".

    Avropa İdman Paytaxtları Assosiasiyasının (ACES Europe) ispaniyalı baş katibi Uqo Alonso isə bunları deyib: "Şəhərinizdə möhtəşəm qonaqpərvərlik gördüm. Burada olduğumuz üçün şadıq. Mən və komandamızın digər üzvləri adından deyə bilərəm ki, paytaxtınız idman şəhəri kimi tanınır və irəli sürülən namizədliyin qəbul olunması üçün hər cür şərait mövcuddur. Məqsədimiz dünya paytaxtlarına idman dəyərlərini qatmaqdır. Biz Milli Gimnastika Arenasında və Azərbaycan Cüdo Federasiyasının təlim-məşq bazasında olduq, çox xoşumuza gəldi. Burada əvvəllər I Avropa Oyunları keçirilib. Ona görə də Bakı namizəd kimi təsdiqlənməyə yaxındır. Bunu yaxın günlərdə (böyük ehtimalla, mayda – red.) biləcəyik. Təsdiqlənsə, dekabrda seçki yolu ilə qalibin adı açıqlanacaq".

    Qeyd edək ki, UNESCO-nun rəsmi tərəfdaşı olan və mənzil-qərargahı Belçikanın paytaxtı Brüsseldə olan ACES Europe dünyanın idman paytaxtlarından əlavə, Avropanın idman regionu, idman paytaxtı, idman şəhəri, idman adası, idman cəmiyyəti, idman qəsəbəsini seçir. 2019-cu ildə Əbu-Dabi (BƏƏ), 2020-2021-ci illərdə Qvadalaxara (Meksika), 2022-ci ildə Madrid (İspaniya), 2023-cü ildə Konya (Türkiyə), 2024-cü ildə Sofiya (Bolqarıstan) və 2025-ci ildə Monako (Monako Knyazlığı) dünyanın idman paytaxtı olaraq müəyyən edilib.

    Həmçinin, 2019-cu ildə Gəncə Avropanın 18 idman şəhərindən 1-i seçilib.

    Bununla əlaqədar ölkəmizdə səfərdə olan Dünya İdman Paytaxtı Mükafatı üzrə Qiymətləndirmə Kommisiyasının nümayəndələri Bakıda bir sıra idman qurğularının fəaliyyəti ilə maraqlanıb. Səfər çərçivəsində qonaqlar Su İdmanı Sarayı, Avropa Oyunları Parkı, Dənizkənarı Milli Park, Cüdo üzrə Təlim-Məşq Mərkəzi, Bakı Kristal Zalı, Mərkəzi Park, Respublika Olimpiya Mərkəzində olub. Onlar həmçinin “Ocaq” İdman Klubunun, “Gənclik Sağlamlıq” İdman Kompleksinin, Milli Gimnastika Arenasının, Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutunun fəaliyyəti ilə də tanış olub.

    Nümayəndə heyəti "Böyükşor" parkı, "Dreamland" və Bakı Olimpiya Stadionuna da baxış keçirib.

    Digər idman növləri

    Jurnalistlər arasında ilk dəfə oxatma yarışı keçirilib - FOTOLAR

    21.07.2026 20:06:11
    Digər idman növləri

    "Neftçi" MPK ilə əməkdaşlığa başlayır - FOTOLAR

    21.07.2026 19:51:34
    Digər idman növləri

    Azərbaycanı Avropa çempionatında onlar təmsil edəcəklər - ADLAR

    20.07.2026 12:15:07
    Digər idman növləri

    Millimizün üzvü Avropa üçüncüsü oldu – FOTOLAR

    19.07.2026 23:08:47
    Stolüstü oyunlar

    Vüqar Həşimovun qardaşı Avropa Şahmat İttifaqının vitse-prezidenti seçildi

    18.07.2026 17:00:11
    Digər idman növləri

    Federasiya nümayəndələri arasında maraqlı yarış: Ən böyük balığı kim tutdu? - FOTOLAR

    17.07.2026 17:07:22
    Sosial şəbəkələr
    XƏBƏR LENTİ

    "Neftçi"nin istəmədiyi futbolçu Serbiya klubunda

    22.07.2026 12:57:52

    Azərbaycanı dünya çempionatında onlar təmsil edəcəklər - ADLAR

    22.07.2026 12:36:12

    Mahir Emreli UEFA heyətinə daxil edilməyib

    22.07.2026 11:44:13

    Millimizin Avropa çempionatındakı oyun təqvimi açıqlandı

    22.07.2026 11:13:39

    “Bizim üçün yeganə müsbət nəticə qələbədir” – MOİK-in futbolçusu

    22.07.2026 10:39:55

    "Neftçi" Konfrans Liqasında mübarizəyə başlayır

    22.07.2026 10:13:06

    Azərbaycan UEFA reytinqində mövqeyini möhkəmləndirdi

    22.07.2026 09:36:13

    Çempionlar Liqasında gecənin nəticələri

    22.07.2026 09:06:09

    İTV növbəti dünya çempionatını da yayımlayacaq

    21.07.2026 23:16:10

    "Beynim hazırda KuPS-a fokuslanıb" – Valdas Dambrauskas

    21.07.2026 22:50:23

    "Bu 2 faktor üstünlüyümüz ola bilər" – KuPS-un baş məşqçisi

    21.07.2026 22:22:32

    "Sabah" Finlandiya klubuna ilk oyunda qalib gəldi

    21.07.2026 21:58:40

    "Qarabağ"ın rəqibi Bakıda azarkeşsiz qalacaq

    21.07.2026 21:17:02

    "Oyundan əvvəl şanslar həmişə bərabər olur" "Dinamo"nun baş məşqçisi

    21.07.2026 20:41:10

    Ermənistan millisi Bakıya gəlir

    21.07.2026 20:22:08
    MERIMAG
    ProSport.Az saytı müstəqil idman media qurumudur. Veb-sayt ölkə idman hadisələrindən özəl yazılar, Azərbaycan idmanının tanınmış simaları ilə müsahibələr yayımlamaq üçün yaradılıb
    © Copyright 2022, All Rights Reserved