Azərbaycan gələn ay 8-ci dəfə atıcılıq üzrə Dünya Kubokuna ev sahibliyi edəcək.
Prosport.Az xəbər verir ki, həm güllə, həm də stend atıcılığı üzrə keçiriləcək yarış Bakı Atıcılıq Mərkəzində təşkil ediləcək.
Turnirdə 80-dən çox ölkədən 400-dən artıq idmançının və 300-dən çox texniki heyətin iştirakı gözlənilir.
Biletlər yaxın günlərdə "Iticket.az" saytında satışa çıxarılacaq.
