Güllə atıcılığı üzrə Azərbaycan milli komandasının üzvü Nigar Nəsirova Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Olimpiya Təsnifat turnirində finala vəsiqə qazanıb.
Prosport.Az xəbər verir ki, təmsilçimiz qadınlar arasında 10 m məsafəyə pnevmatik tapançadan atəş açma yarışında 578 xal toplayıb.
Qeyd edək ki, N.Nəsirova həlledici mərhələdə qalib olarsa, Paris-2024 Yay Olimpiya oyunlarına lisenziya qazanacaq.
